
Yer səthinin orta qlobal istilik dərəcəsi son 130 ildə ən yüksək həddə çatıb.
Daha Ətraflı Xəbərin Ardında ...
Yer
səthinin orta qlobal istilik dərəcəsi son 130 ildə ən yüksək həddə
çatıb. Belə temperatur yanvar-may aylarında qeydə alınıb. Bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqat İdarəsi məlumat yayıb.
Bununla
da cari ilin mayı iqlim dəyişikliyi üzrə rekorda imza atıb. Həmçinin
2010-cu ilin mart və aprel ayları da ən isti aylar sırasına daxil
olublar. Qeyd edək ki, həddindən artıq yüksək temperatur planetimizin
əksər qurşaqlarında müşahidə edilib. Şimali Amerikanın, Braziliyanın,
Rusiyanın və Avropanın şərqində, Argentinanın şimalında, Asiyanın
cənubunda, eyni zamanda Afrikanın ekvatorial ərazilərində 1880-ci ildən
sonra ilk dəfə belə anomal istilər hökm sürüb.
İqlimşünasların məlumatına görə, may ərzində Yer səthinin orta qlobal temperaturu 0,69 selsi artaraq 14,8 dərəcəyə çatıb. Apreldə isə bu göstərici 14,5 dərəcə təşkil edib.
Alimlər
onu da vurğulayıblar ki, Arktikadakı buz qatının sahəsi mayda 13,1
milyon kvadrat kilometr olub. Bu isə 1979-2000-ci illər ərzindəki
normadan 3,7 faiz aşağıdır. ABŞ-ın qar və buz məlumatı milli
mərkəzindən verilən xəbərdə Arktikadakı buzun 50 faiz daha sürətlə
əridiyi bildirilir.
Geri
Şərhlər: (0)
Baxılıb: 709
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.