Azərbaycanda
telefon danışığını avtomatik tərcümə edən sistem yaradılıb. Bu, dünyada
nitqi sinxron tərcümə edən ilk kompüter sistemidir
Sistem vasitəsilə telefon danışığı
Azərbaycan dilindən ingilis dilinə və əksinə, tərcümə olunur. Yəni,
telefonda Azərbaycan dilində danışılan sözlər telefonun o biri başında
ingilis dilində səslənir
Bunun üçün sözləri aramla demək kifayətdir. Bu zaman tərcüməçiyə ehtiyac qalmır. Bu isə vaxta və pula qənaət deməkdir
Azərbaycanda telefon danışığını
avtomatik tərcümə edən sistem yaradılıb. Bu,dünyada nitqi sinxron
tərcümə edən ilk kompüter sistemidir. Sistem vasitəsilə telefon
danışığı Azərbaycan dilindən ingilis dilinə və əksinə, tərcümə olunur.
Yəni, telefonda Azərbaycan dilində danışılan sözlər telefonun o biri
başında ingilis dilində səslənir. Bunun üçün sözləri aramla demək
kifayətdir. Bu zaman tərcüməçiyə ehtiyac qalmır. Bu isə vaxta və pula
qənaət deməkdir.
Mütəxəssislər deyir ki, bu sistem
müxtəlif peşə sahiblərinin işini yüngülləşdirəcək və xərclərini
azaldacaq. Ən çox xeyri isə iş adamlarına dəyəcək. Sistem kütləvi
istifadə üçün nəzərdə tutulub. Yəni hər kəs bu sistemdən ev
telefonlarından istifadə etməklə də faydalana biləcək. Amma bunun üçün
xüsusi telefon aparatları lazımdır.
Bunun üçün həm xüsusi telefon aparatı
yaratmaq lazım gələcək, həm də indiki avtomat telefon stansyialarında,
ATS-lərdə xüsusi qurğuların, kompüterlərin quraşdırılmasına ehtiyac
olacaq ki, telefondan götürülmüş nitq həmin ATS-lərdə tərcümə olunacaq
və növbəti ünvana çatdırılacaq.
Hələlik sistem təkcə ingilis dilindədir.
Gələcəkdə başqa dillərdə, xüsusən tələbatın çox olduğu rus dilində də
yaradılacaq. Ən əsası da odur ki, telefon danışığını tərcümə
sistemindən istifadə pulsuz olacaq. Sistem hazırda test
mərhələsindədir. Üzərində təkmilləşdirmə işləri aparıldıqdan sonra
gələn il istifadəyə veriləcək.
Məlumat üçün deyək ki, bütün bu işlər Azərbaycanın rabitə və
informasiya texnologiyaları nazirliyi ilə BMT-nin inkişaf proqramı və
elektron hökumət layihəsi çərçivəsində həyata keçirilir
Geri
Şərhlər: (0)
Baxılıb: 974
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.