Sevmək varsa, niyə incidirik bir-birimizi?!
Biz
körpəykən həyat nə qədər də sadə idi... Həyat nə qədər də gözəl
görünürdü gözlərimizə... Necə də gözəl gülüşlə qarşılayırdı bir
təbəssümlə, şux bir bizi həyat... Günəş necə də parlaq idi, şüaları nə
gözəl işıq açırdı ətrafa...
Sonra biz yavaş-yavaş böyüməyə
başladıq.Həyat addım-addım mürəkkəbləşdi,çətinləşdi. Ancaq yenə də
gözəldir həyat... Sanki bu mürəkkəblik,bu çətinlik onu daha da dəyərli
edir.Amma artıq əvvəlki tək gülümsəmir həyat,əvvəlki tək parlaq deyil
günəş elə bil... Sanki bir kölgə qaplamış üzünü,heç cürə çəkilmək
bilmir...Təbiət də nəsə başqalaşıb sanki...
Amma gülüşünü də
görürəm,gözəlliyini də görürəm həyatın! Bax onda mən də gülürəm,yaşamaq
eşqi baş qaldırır içimdə... Ümidlərim, arzularım sığmaz olur ruhuma,
yaratmaq istəyi oyanır qəlbimdə...
Lakin birdən elə bir hadisə ilə
qarşılaşıram ki, elə bir insan gözlərini görür ki gözlərim... O
gözlərdə sönməkdə olan, lakin itməmək üçün dirənən,yaşamaq üçün bəlkə
də sadəcə bir gülümsəməyə ehtiyacı olan bir ümidlə qarşılaşır gözlərim.
Bax o an ağlayan bir həyat görürəm qarşımda. Acımasız insanlarla dolu
olan bir həyat götürəm qarşımda. Bir sual qopur ta qəlbimin içindən:
"NİYƏ AĞLAYIR GÖRƏSƏN HƏYAT? ". Gülmək varkən,bir-birini
sevmək,yardımlaşmaq varkən ,niyə ağlamalıdır axı bu həyat?!
Axı
böyük Yaradan belə yaratmayıb dünyamızı, nə də bizi! O, sevgilə qoyub
bu dünyanın təməlini! Bəs biz özümüz necə? Biz özümüz də hansısa bir
sevginin nəticəsi deyilikmi?
Axı, Allahım gözəl yaradıb hər şeyi...
Niyə pis əməllərimizlə bu gözəlliyi pozub, ləkələyirik? Onun bizə bəxş
etdiyi neçə-neçə lütflərə qarşı bu qədər nankorluq edirik. Onun
sevgisinə biganə yanaşırıq?
Xöşbəxtlik nisbi bir anlayışdır,o
sadəcə bir andır, yaşanır və bitir.Xöşbəxtliyi bir dəfə daddıqmı onun
əsirinə çevrilir,gedəni geri qaytarmaq üçün,O anı bir daha yaşamaq üçün
çalışır,vuruşuruq. Dünya ehtirası gözlərimizi elə bürüyür ki, ,bu yolda
önümüzə nə gəldi məhv edirik. Yetərki,o xöşbəxtliyi bir daha dadaq!!!
Biz qərib bir xöşbəxtlik axtarışındaykən anlamırıq ki, özümüzü,
mənliyimizi və əsl xöşbəxtliyimizi itiririk!.. Bunu anlamaq istəmirik
ki,hər şeyin,hər şeyin bir sonu var həyatda.Gələn bir gün gedir,var
olan bir gün yox olur və ən nəhayət dünyanın da bir sonu var,hislərin
də xöşbəxtliyin də... Elə isə nə vaxtsa itirəcəyimiz bir şey üçün nədir
bu qədər cəhdlər? Nəyə lazımdir qırılan qəlblər, nəyə lazımdır acı
sözlər, məhv edilən həyatlar ?!
Sonsuz olan bir tək ODUR,bir tək
Onun sevgisidir heç bitməyən, tükənməyən,heç aldatmayan,xəyananət
etməyən!!! Bir tək ONUN sevgisidir sonsuz olan!!! Elə isə ömrümüzü
boş-boş işlərə sərf etməkdənsə,Rəbbimizin sevgisini qazanmaq üçün,
gözəl bir əbədiyyət qazanmaq üçün çalışmaq daha məntiqli deyilmi? Bax
onda əsl sonsuz xöşbəxtliyə qovuşmarıqmı?
Bu dünyada ağlatdığımız həyatlar yarın heç ummadan qarşımıza çıxacaq,bax,o zaman heç bitməyəcək əbədiyyətimiz ağlayacaq!!!
Mən
artıq istəmirəm yaşadığım dünyada yalan görmək, zülm görmək, ümidsiz
ümidlər görmək istəmirəm daha!.. Dərd dinləmək, dərd görmək istəmirəm
daha!.. Amma bu mümkün deyil bilirəm! Nə qədər ki, dünya duracaq,bədxah
insanlar daim olacaq...Bəlkə də onlarsız həyatın bir anlamı
olmazdı,bəlkə də onlar olmadan Allahıma bu qədər çox tapına
bilməzdim!...
AMMA GƏLƏCƏK BİZİM ƏLİMİZDƏDİR! GƏLİN ƏN AZINDAN
BU BƏDXAHLARI BİRAZ DA OLSA AZALDAQ GƏLƏCƏK DÜNYAMIZDA! ONLARIN
AÇDIQLARI YARALARI HƏRƏMİZ BİR YANDAN QAPATMAĞA ÇALIŞAQ Kİ, DAHA ÇOX
QANAMASINLAR... GƏLİN ELƏ EDƏK Kİ, GƏLƏCƏK DÜNYAMIZDA BU SUALI ÖZÜMÜZƏ
DAHA AZ VERƏK: " NİYƏ AĞLAYIR GÖRƏSƏN HƏYAT? "