Ronaldinyo Fənərbaxçada..
"Milan"
klubunun braziliyalı futbolçusu Ronaldinyonun Türkiyədə karyerasını
davam etdirmək ehtimalı var. Ronaldinyonun böyük qardaşı həm də onun
meneceri olan Roberto de Asis futbolçunun "Milan"dan ayrıla biləcəyi məlumatını yayıb.
Menecer müştərisinin maddi mənada "Milan"la razılığa gəlmədiyini və Türkiyənin "Fənərbaxça"
klubundan sərfəli təklif aldığını bəyan edib. Roberto de Asis İstanbul
klubu ilə danışıqlara başlamağa hazır olduqlarını vurğulayıb. "Fənərbaxça"
nümayəndələrinin Ronaldinyonun qardaşının bu açıqlamasından sonra
İtaliyaya gedərək transfer danışıqlarına başlamağı planlaşdırdıqları
bildirilir. Ronaldinyonun transfer dəyərinin 20 milyon, illik
məvacibinin isə 5 milyon avro olduğu deyilir. "Fənərbaxça" bu məbləği sponsorların hesabına ödəməyi planlaşdırır.
Xatırladaq ki, Ronaldinyo karyerası ərzində "PSJ" və "Barselona" klublarının formasını geyinib.
Geri
Şərhlər: (0)
Baxılıb: 1118
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.