Belə
isti havalarda dəri səthindən suyun buxarlanması həddən artıq yüksək
olduğundan oruc tutan adamlar günün ən isti vaxtları bayırda
olmasınlar: "Kondisionerli,
sərin yerdə olsunlar ki, çox tərləyib su itkisinə yol verməsinlər.
Həddən artıq tərləyib su itkisinə yol vermək qanın qatılaşmasına,
orqanlarda qan təchizatının pisləşməsinə gətirib çıxarır. Bu da
orqanizmdə sistemlərin fəaliyyətini xeyli çətinləşdirir".
Orucu açan zaman müəyyən miqdarda maye qəbulu mütləq olmalıdır: "Çünki
mədə şirəsi ifraz olunur, suyun özü mədə divarı boyu yayılır. Bu
baxımdan ilk olaraq su qəbulu lazımdır. Xurmayla orucu açmaq isə o
dövrdən qalma ənənədir. Məcburi deyil".
Orucu
açandan sonra ilk olaraq, duru xörək yeyilməlidir. Bura müxtəlif növ
şorbaları daxil etmək olar. Amma çalışmaq lazımdır ki, duzu, istiotu,
ədviyyatı az olsun, tərkibində mexaniki qıcıqlandırıcılar olmasın:
"Nəinki şorbalarda, digər yeməklərdə də mədə yüklənməsin deyə,
bunlardan az istifadə olunmalıdır. Adətən orucu açandan sonra insanlar
daha çox yeməyə başlayırlar. Bu, düzgün deyil. Gərək göz süfrədə
qalsın. Tam da doymasınlar. Qida qəbulu isə �porsiya�larla olmalıdır,
hissə-hissə yeyilməlidir. Birdən birə mədəni böyük miqdarda qidayla
yükləmək lazım deyil. Sonradan bu, mədədə qastrit əmələ gətirir, başqa
problemlər yaradır. Bədəni birdən birə ekstremal duruma salır. Ona görə
də buna diqqət yetirmək lazımdır".
Havalar isti keçdiyindən
orucu açandan sonra müxtəlif növ mayenin və maye daşıyıcı tərəvəzlərin,
meyvələrin qəbuluna daha çox üstünlük verilməlidir:"Ümumiyyətlə, isti
havalarda insanların iştahası aşağı düşür. Yeməyə o qədər də meylli
olmurlar. Əsasən, su qəbulundan söhbət gedir. Onu da müəyyən qədər
tənzimləmək olar. Səhər oruc başlayana qədər xeyli maye qəbul etmək
lazımdır. Oruc başlayandan sonra isə çalışmaq lazımdır ki, gün çıxandan
gün batana qədər sərin yerdə olsunlar. Bununla dəridən və tənəffüs
yollarından suyun həddən çox buxarlanmasının qarşısını almaq olar.
Orqanizmin su resursu tükənməz. Onu da qeyd edim ki, meyvə-tərəvəzin,
mayenin qəbulu qəbizliyə meylli olmayan adamlarda qəbizlik yaratmır.
Qəbizliyə meylli adamlar isə yaxşı olar ki, qara gavalıdan istifadə
etsinlər".
Orucluq 33 ildən bir yay aylarına təsadüf edir. Bunun özü də Allahın bir imtahanıdır:
"Bu o demək deyil ki, ən asan vaxtlarda orucumuzu tutacağıq, ən çətin
vaxtlarda isə bəhanəylə bunu etməyəcəyik. Yenə də ən doğrusu Ramazan
orucunu tutmaqdır. Çalışmaq lazımdır ki, gündəlik su tələbatını
maksimum dərəcədə təmin edək. Yeməyə daha az üstünlük verək. Əgər
hansısa susuzluq əlaməti yaransa, bunun da öhdəsindən gəlmək olar.
Müsəlman gündə 5 dəfə namaz qılır. Hər dəfə namazdan öncə üzünü yuyur,
ağıza su getməyəcək, boğazdan keçməyəcək qədər də olsa, ağzına su alıb
yaxalayır, burnuna çəkir, əlini-qolunu yuyur. Bu zaman yarana biləcək
mənfi enerji avtomatik olaraq aradan qalxır. Amma yenə də elə bir şey
yaransa, əl-üzlərini, ayaqlarını yusunlar. Bu, müəyyən qədər sərinlədə
bilər. Oruc tutmaq istəyənlər gərək belə hallara fikir verməsinlər.
Allahın köməyi ilə oruclarını başa vursunlar. Tanrı hər kəsin orucunu
qəbul etsin".