Hər
gün qəribə bir şey eşidərək təəccübləndiyimiz dünyada hər şey olur.
Artıq gündə yeni bir hal ortaya çıxır...və artıq təccüblənmirik buna
əvvəlki kimi ...Bəli müasir dövrdə Qız bişirmə məktəbləri,
akademiyaları yaranmağa başlayır el dili ilə desək..Hətta " Charisma
Arts" adlı şirkətin ABŞ-da, Avstraliyada, Kanadada və İngiltərədə
yaratdığı məktəblərdə qadınlara da kişiləri yoldan çıxartmağın
qaydaları öyrədilir. Ama təbii ki kişi tələbələr üstünlük təşkil
edilir. Məktəbə 3 günlük "ağır" kurs üçün 600 dollar ödəyən insanlar bu
sənətin incəliklərinə yiyələnirlər. Kurs əsasən həftə sonları barlarda
və restoranlarda əyanı şəkildə keçirilir. Kursda dərs deyən
müəllimlərin sözlərinə görə onlar burda danışıq qaydalarını, toxunaraq
flört etmənin yollarını, qarşı tərəfdə romantik imic yaratma vasitələri
kimi bir çox müxtəlif məsələlərə toxunurlar...
Bu kimi hallar demək olarki Azərbaycanda da yaşanmaqdadı...
Qız tutmaq, qız bişirmək və bu kimi hallar artıq dəb halını alıb..
Nə qədər anlaşılmaz çıxsa da buralarda qızı tuturlar. Kim qız tuta bilmirsə, o, "nə gündəsən ala? Sən necə olacaqsan?"
kimi ifadələrlə vurulur. Qız tutmaq üçün xüsusi, qoruqlar, yasaqlıqlar,
mağaralar, və s. kimi yerlər mövcuddur. Qoruqlara �milli park� misal
göstərmək olar. Ceyranlar, cüyürlər, dovşanlar, aslanlar, canavarlar,
tülkülər oylağı olan bu milli park ANS-in incə maraqlar verilişinin
aparıcısı Rövşanə Bektaşi demişkən gənclərin öz həyatlarının nicatını
tapmasında xüsusi rol oynayır. Yasaqlıqlar sırasına harda polis varsa
oranı əlavə etmək olar.
Ən əsas rolusa mağaralar oynayır, metrolar bir növ mağaraların müasir formasıdır.
Ceyranlar
sırasına bir neçə dəfə tutulmuşları və bişmişləri, cüyürlər və
dovşanlar sırasınasa tutulmaq və ya bişmək xüyasına düşüb, yaylıma
çıxanları misal göstərmək olar. Burda yaylım adətən gündüzlər baş
tutur. Aslanlar və canavarlar
siyahısına əsasən bığı, saqqalı olan gedələri əlavə etmək olar.
Tülkülərsə özünü müasir göstərərək eynək taxmış, qulaqda qulaqcığı
olan, güya xarici musiqilərə qulaq asır ( qızlar belə oğlanlarla fəxr
edib qürur duyurlar ) kimi özünü göstərən gedəçələri misal göstərmək
olar. Aslanlarla canavarlar adətən parkda " yenə türmə, yenə qazamat,
ay brat, ay brat, yaxşısı azadə həyat, ay brat, ay brat" mahnısının
sədaları altında qazamatdan qorxmadıqlarını göstərir, necə cəsur
olduğlarını musiqiylə qızlara sübut etməyə çalışırlar. Tülkülərsə daha
çox "gedək sənə gül dərim, səni gülə döndərim" kimi mahnılarla qızları
aldatmaq ( ay yaramazlar ) istəyirlər, bir növ onları şirin dillə
ovsunlayırlar.
Ən maraqlı məqamlardan biri isə bu
yerlərdə ceyranların, cüyürlərin, dovşanlrın ən aşağı sürətlə ( el
arasında birinci sıkoristlə) və ən əsası ara məsafəsini gözləməklə, yol
hərəkət qanunlarına riayət etməsidir. Aslananlar, canavarlar və
tülkülərsə istənilən an hücum çəkib öz şikarına yaxınlaşa bilir.
Eramızdan əvvəllər belə təbii təbiət hadisələri dağlar qoynunda (
dağlar qoynunda musiqisini ağızla( telefonla deyil) bərkdən
səsləndirməklə) qaçış marafonunun başlaması kimi özünü göstərirdisə,
müasir dövrdə məntiqlə eyni şey olsa da, bir qədər təkmilləşib (
inkişaf var).
Müraciət formaları da dəyişib,
eramızdan əvvəldən tutmuş 2000 � ci ilə kimi az, sudan gələn sürməli
qız, dağlar gözəli kimi müraciətlərə rast gəlinirdisə, indi bunu xanım,
canım, kimi sözlər əvəzləyib ( quzu kimi bəzi sözlər öz varlığını
saxlayıb), amma yenə eyni şeydi, alətlər dəyişsə də məqsəd eynidir,
yəni qız tutmaq. Keçmişdə başqa eldə, dağda, daşda, qayada, meşədə qız
tutmaq olmurdu, çünki oraların öz meşəbəyləri vardı. Bu gün bu özünü
müasir şəkildə göstərir, məhlədə qız tutmaq hər adamın əlindən gəlmir,
gənclər arasında belə deyim də var: "duxun var məhlədə qıza yaxınlaş".
Keçmişdə qızı ticarət yollarında xına alarkən tuturdularsa, bu gün
metronun çıxışındakı keçidlərdə parfumeriya məhsulları alarkən
tuturlar, məqsəd eyni şeydir. Təkamül bu gün də gedir. Bakcell keçən il
sms randevu adlanan anonim tanışlıq xidməti açdı. Bunu yaxşıca reklam
etdilər, metroya girənə də çıxana da verirdilər. Azərcell də analoji
addım atdı, məqsəd gənclərin qız tutma əməliyyatına yardım əlini
əsirgəməməkdir. Digər sahələrdən fərqli olaraq qız tutmaq sahəsi
görünməmiş sürətlə inkişaf edir. Bakcell, Azərcellə yanaşı bu qədim
adət, ənənənin qorunub yaşanması və gələcək nəsillərə çatdırılması üçün
wap saytlar da gərgin iş rejmində ( 24 saat ) işləyir. Bu kimi
saytlarda çoxlu məsləhət verən yazılar var, qız seçimi virtual formada
həyata keçirilir.
Qız tutmaq elmi əsrlərin bizə
yadigarıdır. Əgər sən marşrut sürürsənsə, sənin geniş imkanların var,
marşrutda üzeyirin musiqisini səsləndirməklə ürəklərə xal sala
bilərsən. Üzeyiri qınamıram, ona halaldır =)) o ürəkləri fəth edir, pul
qazanır, ona qulaq asıb feyzyab olan, köks ötürən yüz minlərlə tutan və
tutulan var. Üzeyir telefona səsini yazıb amr formatından mp3 formatına
keçirməklə qəlblərə yol tapır. Üzeyir bu yaxınlarda "Incə maraqlar"
verilişinin qonağı olub, verilişin reytinqi 100%-a yaxınlaşıb, digər
kanallar müflisləşmə təhlükəsiylə qarşılaşıb, bunu görən səyyah muğamla
yaşlı nəsili bihuş, feyzyab etmək üçün regionlara üz tutub özlərini
müflüsləşmə təhlükəsindən qurtardı.
Bəzən adam fikirləşir ki, görəsən bu qız tutanların axırı necə olacaq?
Cavab tapmaq sadədir, yəni onlar arvad tutacaqlar. Qız tutanlar feyzyab
olurlar, bihuş olurlar, sazın sözün sehrinə düşürlər, qafiyə tuturlar,
çırtma vururlar, yuxu yozurlar, Üzeyirə qulaq asıb daha da dərindən
sevirlər. Qız tutun, chatları fəth edin, neandertal quş vurub qazan
doldurar, baş kəsər.
Bu
gün hər qız tutan əlində bir kitab da tutsaydı, bu gündə olmazdıq,
internet klublarda söyüş söyənlərin əlindən bilmirsən neynəyəsən,
marşrutda laxşək laxşək söhbətləri eşitməzdik, metrodakı bluetooth
əməliyyatları da olmazdı. Burda qız tutanlar ən hörmətli, bacarıqlı,
nitq qabiliyyəti yüksək olan natiqlər kimi ( Demosfen bunların yanında
uşağdı) digər gənclər arasında yüksək hörmətə, izzətə malikdirlər.