== DAHA ƏTRAFLI XƏBƏRİN ARDINDA ==
Qısqanclıq ən saf və təmiz hislərin qənimidir.
Bu sözləri hələ bizim eramızın 30-cu illərində dahi Ovidiy dilə gətirib. Lakin
tarixin bütün dövrlərində, adi insanlardan tutmuş dahilərə qədər məhəbbətin acı
zəhəri - qısqanclıq haqqında müxtəlif düşüncələr söyləyənlər olub.
Məsələn,
Aleksandr Düma Ata hesab edirdi ki, yalnız qısqanclıq məhəbbətin gücünü əks
etdirən göstəricidir.
Andre Morua əmin idi ki, qısqanclıq insanları
bir-birinə bağlayır, Filosof Jordano Bruno isə qısqanclığı məhəbbəti məhv edən
bir qüvvə kimi gələmə verirdi.
Bəs
qısqanclıq nədir? Biz bu "qüsuru" özümüzdə aşkar etdikdə nə
etməliyik?
Qısqanclıq həddini aşanda, yəni patologiya halını alanda,
bu hissi artıq Piza universitetində öyrənməyə başlayırlar.
Universitetin
dosenti Kyar Simonelli deyir:”Qısqanclığın yaş həddi, cins fərqi olmur. Bu hiss
insanda sevdiyi insanı itirmək təhlükəsi qarşısında yaranır. Qısqanclıq bu və ya
digər insanın fərqli xüsusiyyətlərinə yönəlmiş paxıllıq hisslərindən
fərqlənir”.
Nəsihətimiz isə belə olacaq: qısqanclıq, əlbəttə ki, əsl
məhəbbətin göstəricisidir.
Lakin qısqanclıq həmçinin eqoizmin də bariz
göstəricisidir.
Sevgilimizi qısqanmaq da olar, onun üçün darıxmaq da – insanı
qul etmək mümkün deyil.
Tarix göstərir ki, zor, güc həmişə faciə ilə
bitir.
Belə ki, sevin, qısqanın, küsüb-barışın, lakin yaxşı olar ki,
hisslərinizi nəzarətdə saxlayasınız, ani düşüncələrə uymayasınız, qısqanclığın
gözü, deyirlər, kor olur. Qəlbinizdə birdən, səbəbsiz yaranmış qısqanclıq
hissini isə açıq və saf hisslərlə üstələyin.
Nəticəsi - sevgi ilə dolu həyat
olacaq.
Geri
Şərhlər: (0)
Baxılıb: 1328
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.