Son Dünya çempionu olan İspaniya
braziliyalılara uduzur
Dünya
Çempionatı-2010 yekunlaşandan dərhal sonra bukmekerlər növbəti
mundialın favoritlərinin adını açıqlayıblar. 2014-cü ildə Braziliyada
təşkil ediləcək turnirdə qələbəyə bir nömrəli namizəd ev sahibləri
olacaq.
Bukmekerlərin ehtimalına görə, hazırki Dünya
çempionları olan İspaniya yığması 2 nömrəli favoritdir. Statistikaya
əsasən demək olar ki, son 50 ildə heç bir komanda ardıcıl iki dəfə
dünya çempionu olmağa müvəffəq olmayıb. 2014-cü ildə Dünya çempionu
olmağa namizədlər sırasında Argentina, Almaniya və Hollandiya
yığmalarının da adı çəkilir.
Xatırladaq ki, bukmekerlər Dünya
Çempionatı-2010-nu qazanmağa ən real namizəd kimi İspaniya seçmə
komandasını göstərirdilər. Göründüyü kimi onların bu ehtimalı öz
təsdiqini tapdı.
Geri
Şərhlər: (0)
Baxılıb: 831
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.