Çoxları səhər yeməyini yeməkdən boyun qaçırır,
Çünki...
Bilmək istəyirsinizmi niyə?
Elə isə həmən xəbərin ardına keçək

Çoxları səhər yeməyini yeməkdən boyun qaçırır, çünki onlar tezdən ac
olmadıqlarını bildirirlər. Bu şam yeməyinin ağır və gec yeyildiyiyinin
göstəricisidir. Çalışın ki, şam yeməyinizi məhsulların tərkibinə və
keyfiyyətinə əhəmiyyət verərək seçəsiniz. Bu sizin nahar və səhər
yeməyinizdə əvəzsiz rol oynayacaqdır.
Digər şəxslərin fikirlərinə görə səhər yeməyində vaxt problemi mühüm
rol oynayır. Məhz buna görə səhər yeyəcəyiniz məhsulları əvvəlcədən
hazırlayın. Yəni meyvə və tərəvəzlərinizi yuyun, çörəyi axşamdan
dilimləyin, hətta çaynikinizi də su ilə doldurub hazır qoyun. Sizin
səhər yeməyi üçün ayırdığınız vaxt beləliklə qismən azalacaqdır,
nəticədə gün ərzindəki enerjinizə də təsir edəcəkdir.
Müxtəlif şəxslər isə səhər yeməyini kilo almamaq üçün yeməməyə üstünlük
verirlər. Unutmayın ki, bu tamamilə yalnış fikirdir. Çünki orqanizm
doğru şəkildə qəbul edilmiş qidaların həzmində mühüm rol oynayır və
nəticədə sizin səhər yeməyiniz asanlıqla kiloların itirilməsinə kömək
göstərir. Həmçinin səhər yeməyini qəbul etdikdən sonra siz durmadan
acmırsınız və ürəyinizdən yemək keçmir. Bununla bağlı çalışın ki, səhər
yeməyindən deyil, axşam yeməyindən üz döndərəsiniz