![](http://eylence.ucoz.com/xeber/asus-f6-notebooks.jpg)
Ən etibarlı noutbuk... "Square Trade" şirkəti onların etibarlılıq səviyyəsini araşdıraraq öz hesabatında bildirdi...
Ən etibarlı noutbuklar "Asus” şirkətinin istehsal etdiyi portativ kompüterlərdir.
Orta hesabla üç il ərzində "Asus”
noutbuklarının cəmi 15,6 faizində problemlər olur. Bu barədə 9 şirkətin
istehsal etdiyi 30 min noutbukun etibarlılıq səviyyəsini araşdıran
"SquareTrade” şirkətinin hesabatında bildirilir.
Siyahının ikinci pilləsində "Toshiba" noutbukları yer alıb
Zəmanət üzrə üç il ərzində bu portativ kompüterlərin 15,7 faizində nasazlıqlar qeydə alınıb.
Etibarlılıq reytinqinin üçüncü yeri 16,8% göstərici ilə "Sony” noutbuklarına məxsusdur
"Apple” noutbukları dördüncü yerdədir
Üç il ərzində onların 17,4, iki il ərzində isə 10 faizində problemlər yaşanır.
Reytinqin beşinci pilləsində 18,3 faiz zəmanət müraciəti ilə "Dell” şirkətinin portativ kompyuterləri
Altıncı yerdə isə 21,5 faizlə "Lenovo” yerləşdirilib.
"SquareTrade”nin təqdim etdiyi siyahıda yeddinci yer "Acer” noutbuklarına məxsusdur
Üç il ərzində onların 23,3 faizi zəmanət təmirinə gətirilir.
Səkkizinci yerin sahibi isə 23,5 faizlə "Gateway” noutbuklarıdır
9 kompüter istehsalçısının yer aldığı
etibarlılıq siyahısının sonuncu pilləsində "HP” şirkətinin noutbukları
yer alıb.İki il ərzində satılmış "HP” noutbuklarının 15 faizi, üç il
ərzində isə 25,6 faizi zəmanət təmirində olur.
"SquareTrade”də qeyd edirlər ki,
istənilən istehsalçının nasaz noutbuklarının sayı bir illik istifadədən
sonra xeyli artır. Şirkətin hesabatında qeyd olunur ki, alınandan bir
il sonra 4.7% portativ kompüterdə problemlər yaranır. İkinci ildə bu
rəqəm 12,7 faizədək arta bilər. Üçüncü istifadə ilində isə satılan
noutbukların 20,4 faizi zəmanət təmirinə gətirilir.
Tədqiqatçılar həmçinin bildiriblər ki, nasazlıqlar noutbuklardan daha çox olur.
#Yazdı → Leman
--------------------