Müğənni Zamiq altı ay bundan öncə ailə həyatı qurduğu Nigar Rəfiyeva ilə boşanır...
Xəbəri Rəfiyevanın vəkili Firəngiz Bağırova təsdiqləyib.
F.Bağırova
bir ay bundan əvvəl ona müraciət olunduğunu bildirib: "Sənədləri yığıb
toplamışıq, məhkəməyə müraciət etmişik. Bizə onun vəkili tərəfindən
müraciət daxil olub ki, gedək VVAQ şöbəsində boşanaq. Bununla əlaqədar
VVAQ şöbəsinə getməli olmuşuq. Lakin Zamiqin VVAQ-a gəlməsi və boşanma
heç cür alınmır. Bununla əlaqədar mən öz vəkillik vəzifəmi yerinə
yetirib məhkəməyə müraciət edəcəyəm. Nigar xanım bu məsələni nə qədər
qısa müddətdə mümkündürsə, o qədər tez həll etmək istəyir�.
Vəkil boşanmanın səbəbini açıqlamayıb: "Səbəbini
deyə bilmərəm. Bu, mənim səlahiyyətlərimə daxil deyil. Vəkil kimi irad
edə bilməzsiniz. Qanun buna yol vermir. Bircə onu deyə bilərəm ki,
Nigar xanım "çox tez müddətdə yenidən Nigar Rəfiyeva olmaq istəyirəm.
Mən ordan qaçmışam" deyib".
Geri
Şərhlər: (0)
Baxılıb: 849
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.