Bu yaxınlarda satışa yeni portativ alət buraxılıb. Bu alətin
üstünlüklərini ilk öncə iş və dərslə əlaqəli çoxlu sənəd və kağız skan
edənlər hiss edəcəklər.
Söhbət mobil skanerdən - mini simsiz alətdən gedir. Bu alət vasitəsilə
siz istənilən sənədi - iş müqaviləsi, pasport, dərslik, dəftər və s.
skan edə bilərsiniz. Alətlə işləmək çox asanddır: o istənilən mətni və
ya şəkli yüksək keyfiyyətlə - 600 dpi və ya standart 300 dpi skan edə
bilir. Bütün skan olunan materiallar yaddaş kartında saxlanacaqdır
(microSD - 32 Gb-a qədər yaddaş) və faylları kompyuterə USB port
vasitəsilə ata biləcəksiniz. Şəkillər JPEG formatında saxlanılır və
skan olunan şəkilin maksimal ölçüsü 21,5 sm eni və 127 sm uzununadır.
Skanerin işləməsi üçün iki ədəd AA batareyası (adi batareya) lazımdır.
Bu iki batareya 180 səhifəni skan etməyə kifayət edəcəkdir.
#Yazdı → nizami
--------------------