![](http://lent.az/photo/messi-usaqlar.jpg)
Argentina milli komandasının və İspaniyanın "Barselona” klubunun
futbolçusu Lionel Messi Kataloniyanın paytaxtında "Hospital
Universitario Vall d Hebron” xəstəxanasının pediatriya şöbəsinin
yaxınlığında parkın yaradılması ilə məşğul olacaq.324 kvadratmetr sahəyə malik istirahət zonası 2 – 12 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Messi obyektin təməlqoyma mərasimində iştirak edib. Mərasimin qonaqları
hospitalın 50 kiçik müştərisi olub. 23 yaşlı yarımmüdafiəçi deyib:
"Xəstəxanaya baş çəkərkən anladım ki, məşhur futbolçunun iştirakı xəstə
uşaqlara kömək edə bilər”.
Xeyriyyəçilik Messinin yeganə əlavə fəaliyyəti deyil. Bir neçə gün öncə
Lionel Messi Milanın moda brendi "Dolce&Gabbana” ilə əməkdaşlıq
müqaviləsi bağlayıb.
Geri
Şərhlər: (0)
Baxılıb: 889
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.