İspaniyanın "Real” klubunun futbolçusu Kriştianu Ronaldu yeni butsunu ictimaiyyətə təqdim edib.
BigTac.Tk-nın məlumatına görə, 25 yaşlı
yarımmüdafiəçi qarşıdakı oyunlara "Nike CR Mecurial Vapor Superfly II”
markalı ayaqqabı ilə çıxacaq.
Bu ayaqqabı mağazalarda 375 avroya satılır. Ronaldu yeni butsunu
tərifləyib: "Dizaynı, forması, hər şeyi mükəmməldir. Bu ayaqqabını
geyinəcəyim üçün çox məmnunam. Çünki özüm kimi xoş və sürətlidir”.
Bu mövsüm İspaniya çempionatında 10 qol vuran Ronaldo bombardirlər
siyahısına başçılıq edir. Portuqaliyalı ulduz mövsümün sonunadək 30 –
40 qol vurmağı hədəflədiyini bildirib.
Geri
Şərhlər: (0)
Baxılıb: 868
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.