İnetrnet səhifələrinin birində
"Kişilərə öyrədək" adlı bir xəbərlər tanış oldum
Bu xəbəri sizlərlə bölüşmək istədim
Buyurun oxuyun sizcə bu cür
məsləhətlər nə dərəcədə doğrudur?
Qadınların qiyməti kişilərin isə bu məsləhətlərə
münasibəti mənim üçün çox maraqlıdır.

Zamanla insanlar bir-birinə öyrəşir və edəcəkləri işləri artıq
borc kimi qəbul edirlər. Demək olmaz ki, stabil və rahat şərait pisdir.
Pis odur ki, kişiyə elə gəlir ki, yır-yığış, yemək bişirmək, uşağa
baxmaq və s. məhz qadının borcudur və o bunu mütləq özü
etməlidir. Düzdür, bir tərəfdən əgər daşıdığınız bu yük
qiymətləndirilirsə, buna dözmək olar, lakin başınıza çıxıb
təşəkkür etməyi belə çox görəndə artıq vəziyyət
gərginləşir.
Yəqin ki, bu vəziyyət əksər ailəli xanımlara tanışdır. Artıq sizi
qiymətləndirmirlər. İndi sizi bir sual düşündürür:
"Vəziyyəti necə dəyişim?”
Yox, inqilab edib dava-dalaş salmağa, qışqırığa ehtiyac yoxdur.
Çünki sonda yenə də "deyingən arvad” ləqəbini
üstünüzə götürmüş olacaqsınız (həmişəki
kimi). Hətta səni borclu da çıxaracaqlar.
Biz xanımlara vəziyyəti dəyişmək üçün ən optimal
yolları təqdim edirik. Əmin olun ki, təqdim etdiyimiz məsləhətləri
kişilərin psixoloji durumunu analiz edərək sizə təqdim edirik.
Beləliklə ..
Məsləhət 1. Özünüzü işlə çox yükləməyin.
Biz qadınlar evin, ailənin bütün işini üzərimizə
götürməyə vərdişik. Çünki hər şeyi nəzarətdə
saxlamağa çalışırıq. İndi isə STOP! Məgər sizin əriniz buna
bənzər nəsə edir? Super-yorulmuş halda işdən qayıdır və sevimli yerində
oturub dincəlməyə başlayır. Biz isə, işdən gəlib, mətbəxə
qaçırıq, yeməkdən sonra dərhal yır-yığış edirik, hətta uşaqların
məktəb dərslərinə də zaman ayırırıq. Gecə isə qadınlıq borcunu yerinə
yetirib ərinə xoş gecə bəxş etməlisən. Bəli, bunları oxuyanda atıq hər
şeyin ədalətsiz olduğu qənaətinə gəlirik.
Lakin çıxış yolu var. Sadəcə işləri
bölüşdürün. Qışqırıq və danlamaq yolu ilə yox. Onu
işləməyə məcbur etmək istəyirsiniz? Sadəcə ondan xahiş edin işdən sonra
mətbəxdə sizə yardım etsin. Hər gün yardım üçün
xahiş edin (hətta dəfələrlə). Nəticə özünü
göstərəcək.
Məsləhət 2. Özünüzü ondan çox sevin.
Özünü qurban vermə artıq dəbdən düşüb.
Kişini nə qədər çox məişətdən uzaqlaşdırsanız
yükünüz daha da ağırlaşır. Özünüzə
baxmağa isə sadəcə vaxtınız qalmır. Buna görə də
özünüzü daha çox sevin.
İşlərin bir hissəsini güclü kişilərimizə həvalə edək.
Əvəzində seksual gecə geyimləri geyinib, özünüzə tumar
çəkin və budur artıq əhvalınız əladır. Kraliça hissini
özünüzə doğmalaşdırmağı bacarın. Çünki
instiktiv olaraq kişilərdə özünə əmin və baxımlı qadınlara
qarşı cazibə var. Əks halda, "özünü sevmirsən,
qiymətdən düşürsən” misalı tam sizlik olacaq.
Məsləhət 3. Bir qədər eqoizm
Eqoizmi özünüzə zaman ayırmaqla başlayın. İlk əvvəl
gün ərzində 20 dəqiqədən başlayın. Ərinizdən xahiş edin 20 dəqiqə
uşağa baxsın. Bu müddət ərzində siz vanna qəbul edə,
özünüzə qulluq edə bilərsiniz.
Kişinin beyninə yeridin ki, sizin xarici
görünüşünüz onun sizə qayğısının bir
nömrəli göstəricisidir. Çünki baxımlı, yaraşıqlı
qadının arxasında yalnız güclü kişi dayanır. Həmçinin
o ev işlərini görməyə başladıqda anlayacaq ki, siz ailə
üçün həddindən artıq çox iş
görürsünüz.
Məsləhət 4. Əlçatmaz oyununu oynayın.
Kişilər – ovçudurlar. Buna görə də bəzən onları
özünüzdən uzaqlaşdırmaq faydalıdır. Sakit olun, bəzən
etinasız, bəzən isə əksinə onunla çox danışın (flirt edin), daha
çox insanların əhatəsində olun və belə abu-havada zarafatlaşıb
özünüzə maraq oyadın (psixoloji olaraq kişilərdə
əlçatmaz yerlərdə sizə sahib olma hissləri güclənir). O,
sizinlə tək qalacağı vaxtı səbirsizliklə gözləyəcək. Siz də vaxtı
uzatmağa çalışın.
Məsləhət 5. Özünüzə qiymət verin.
Partnyorun özünə qiymətini qaldırmaq
üçün qadınlar daha çox çalışırlar. Bu
zaman özümüz yaddan çıxırıq. Bizim kişilər isə
əksər vaxtı bizə "sən hamıdan üstünsən”
sözünü deməyə belə əziyyət çəkirlər. Bəzən
illərlə kompliment gözləməli oluruq.
Təsəvvür edin ki, yalnız yaxşı tərəflərinizi təsvir etməlisiniz.
Vərdiş və xüsusiyyətlərinizdən başlayın. Yavaş-yavaş xarici
görünüşünüzə keçin. Budur artıq
özünüzü "kraliça” kimi hiss
edirsiniz. Siz başqalarından heç də pis deyilsiniz, əksinə
kifayət qədər yaraşıqlı və üstünsünüz.
Partnyorunuzun da bəxti sadəcə gətirib.
Məsləhət 6. Unutmayın ki, siz qadınsınız.
Feminizm - əladır. Lakin bəzən zərif və ağıllı cinsə mənsub
olduğumuzu unuduruq. Bəzi qadınlarda bütün işləri
üzərinə götürmə vərdişi haradan yaranıb heç
anlamırsan. Düzdür, hər işi bacarmaq çox yaxşıdır.
Yox, əgər yanınızda kişi varsa işlərin bir hissəsini də o etməlidir.
Sizlərdən kimsə bütün bazar boyu əlində 3 zəmbillə gəzərək
ucuz və keyfiyyətli kartof axtaran kişi görüb? Təbii ki, yox.
Məsələ ondadır ki, biz bazara da özümüz gedirik və
"məndən başqa heç kim bunu edə bilmir” sözləri
ilə özünə təsəlli verir. Unutmayın ki, siz qadınsınız. Əgər
kişi bazarlıq edə bilmirsə, zəhmət çəkib öyrənsin.
Çünki onlar düşündüyünüz qədər
axmaq və primitiv deyillər.
Məsləhət 7. Komplimentləri qəbul etməyi bacarın.
Bəzən biz qadınlar bizə deyilən komplimenti sadəcə qəbul etməyi
bacarmırıq. Tanış bir vəziyyət: kişi sizə deyir ki, bu paltarda
çox yaraşıqlı görünürsən. Sən isə əvəzində -
"yox, əşi bu paltar köhnədir”.
Kompliment deyən kişi səmimi "çox sağ ol”
gözləyir. Sizin özünütənqidinizə ehtiyacı yoxdur.
Paltarın təzə və ya köhnə olması maraqlı deyil. Sadəcə sizin onun
gözündə gözəl görünməyiniz əsasdır.
Növbəti dəfə aldığınız komplimenti onunla səmimi söhbətə
giriş kimi qəbul edin.
Məsləhət 8. Zarafatlaşırıq və maraq oyadırıq.
Düşünürsünüz ki, sevgi sayağı
söhbətlər üçün artıq vaxtınız keçib? Əsla.
Bu haqda düşünməyə belə dəyməz. Çünki qadın hər
zaman qadındır və o istənilən yaşda və vəziyyətdə qadınlığını
nümayiş etdirməyi, ondan istifadə etməyi bacarmalıdır. Kişi isə
hər zaman kişi olaraq qalır. Gözəllik və sevgi axtarışında olan
birisi. Ona görə evdə, küçədə, toyda tez-tez
yüngül zarafatlar edib onu özünüzə cəlb edin.
Əgər qadın qiymətdən düşübsə
əminliklə deyə bilərəm ki, bunun günahkarı o
özüdür. Artıq həyata və münasibətlərinizə kənardan
baxıb hər şeyi dəyişmək zamanıdır. Arzulanan qadın olmaq öz
əlinizdədir.
Əziz xanımlar və cənablar bu məsləhətlərə münasibətiniz mənim üçün çox maraqlıdır