İspaniya mətbuatının məlumata görə, portuqaliyalı mütəxəssisi Benzemanın oyunu qane etmir.
Çox
güman ki, 23 yaşlı forvard 2011-ci ilin yanvarında "kral klubu”nu tərk
edəcək. Rəhbərlik Benzemanı ölkə xaricindəki komandalardan birinə
satmağı planlaşdırır. Oktyabrın 26-da "Real”ın "Mursiya” ilə 0:0
hesablı heç-heçə etdiyi İspaniya kubokunun 1/16 final matçında Mourinyo
futbolçuya son şans verib. O, fransalı hücumçunu əsas heyətdə
meydançaya buraxıb. Lakin özünü yaxşı tərəfdən göstərə bilməyən Benzema
fasilədən dərhal sonra Qonsalo İquainlə əvəzlənib.
Joze
Mourinyo yarımmüdafiəçi Esteban Qranero və Pedro Leonu da göndərməyi
qərara alıb. Qraneronun "Xetafe”də, Leonun isə "Erkules”də karyerasını
davam etdirəcəkləri bildirilir.
Qeyd edək ki, Kərim Benzema
"Real”a 2009-cu ilin yayında Fransa "Lion”undan keçib. Madrid klubu
hücumçunun transferinə 35 milyon avro xərcləyib.
Geri
Şərhlər: (0)
Baxılıb: 845
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.