![](http://eylence.ucoz.com/mobildunya/welcomehead.96.png)
Nokia” ABŞ-da populyar deyil
"comScore” tədqiqat
şirkəti ABŞ bazarında "Apple iPhone”nin ilk dəfə "Windows Mobile”
əməliyyat sistemli telefonları aktiv istifadəçilərin sayına görə
qabaqladığını açıqlayıb.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin
iyul ayında hər iki brendin bu göstəriciləri eyni olub, lakin oktyabrda
"iPhone” istifadəçilərinin sayı 8,97 milyon, "Windows Mobile”
istifadəçilərinin sayı 7,13 milyon nəfər təşkil edib.
İstifadəçi sayında fərq ‘iPhone 3G”dən daha
sürətli prosessor, kamera və rəqəmli kompasın olması ilə fərqlənən
"iPhone 3GS” modelinin buraxılmasından sonra artmağa başlayıb.
ABŞ-da istifadəçilərin sayına görə birinci yerdə
"Research In Motion” (RIM) şirkəti qalır. "comScore”un təqdim etdiyi
hesabatda qeyd olunur ki, ABŞ əhalisinin təxminən 15 milyonu "RIM
BlackBerry” smartfonlarından istifadə edir. Ştatlarda "Palm Pre”
telefonlarına isə 2,48 milyon istifadəçi üstünlük verir (4-cü yer).
‘Nokia”nın "Symbian” əməliyyat platforması ənənəvi olaraq ABŞ-da
populyar deyil. Ondan cəmi 1,3 milyon nəfər istifadə edir. 6-cı yerdə
olan "Android” smartfonlarına üstünlük verənlərin sayı 1,02 milyon
təşkil edir.
"comScore” şirkətinin məlumatına əsasən, ABŞ-da 36
milyon smartfon və kommunikator, 196 milyon adi mobil telefon
istifadəçisi var.