![](/images/_banner_.gif)
== XƏBƏRİN
ARDINDA İLK SEVGİ HİSSLƏRİ ==
İlklərin sevgisi bir
başqa olur... Heç zaman da unudulmur... Üstündən necə hadisələr keçsə belə ilk,
elə ilk olaraq da qalır...
İlk addım, dediyimiz ilk söz, məktəbə ilk dəfə
getdiyimiz gün, institutda ilk günümüz... Hər biri bizim həyatımızın ən özəl
anlarıdır...
Amma bir ilk var ki, o daha başqadır bizim üçün... Bu ilk
sevgidir... Birinə qarşı ilk dəfə hiss etdiyimiz bir şey. Qəribə bir həyəcan...
Duyğularla, düşüncələrlə ifadə edilməyəcək qədər mükəmməl və mürəkkəb, amma yenə
də gözəl bir hiss... Kimiləri üçün bu ilk elə son olaraq da qalır... Qarşılarına
doğru bir insan çıxdığından sevgini başqasında axtarmağa ehtiyac da qalmır. Bu
əsl xoşbəxtlikdir... Kimiləri üçünsə o, həqiqətən də bir ilk olaraq qalır. Amma
yaddaşlara elə həkk olunur ki, heç vaxt xatirəndən çıxmır
Sevgi onsuz da
gözəl bir hiss, fərqli bir duyğudur. Hələ onu ilk dəfə bir ilə yaşayırsansa,
necə unuda bilərsən ki??? Yalansı, saf bir sevgiylə bağlanırsan ona...Həyatda
birinin sənin üçün nə qədər önəmli olduğunu başa düşürsən... Çalışırsan ki, ona
qarşı hisslərini ən gözəl şəkildə ifadə edəsən, sevgini ən gözəl şəkildə
yaşayasan... Amma...Amma... O - Tanrının sənin üçün ilk sevgin olaraq göndərdiyi
insan bütün həyatını paylaşacağın biri deyilsə, yaşanan hər şey geridə qalır...
O keçirdiyin bütün hiss və həyəcanlar yerini qəribə bir hüzünə verir... Amma heç
bir zaman unutmayacağın, qəlbinin bir hissəsində ömrünün sonunadək saxlayacağın
qəribə bir hüzünə
Şərhlər: 0 | |