
== DAHA
ƏTRAFLI XƏBƏRİN ARDINDA ==
Istilərin bütün ölkələrdə mövsüm normallarından
daha çox müşahidə olunması və havadakı nəmin ən yüksək səviyyəyə çatması ilə
mütəxəssislər buna qarşı yollar araşdırmağa başlayıblar. Newsweek Türkiyə
Jurnalının son sayında isti havalarda rahat yatmaq üçün bir sıra məsləhətlər
verdi:
Stressdən qaçın: İdman edin (amma yatmadan 2 saat əvvəl).
Qaydasınca qidalanın. Siqareti atın. Çay və qəhvədən istifadəni
azaldın.
Səs-küy: Küçədə səs-küyə mane olmaq, səsli cihazları yataq
otağından çıxarmaq daha vacibdir.
İşıq və elektrikli cihazlar: Yatmaqdan
öncə hamısını söndürün, pərdələri çəkin. İşıq yuxuya mane olur. Elektronik
cihazlar, hətta gece lampası da istiliyi artırır.
Kiçik yataq:
Mütəxəssislərə görə yataq ən azı 180x240 sm ölçülərində
olmalıdır.
Spirtli içkilər: Yatmağa ən azı 2 saat qalmış spirtli
içkilərdən əl çəkin.
Kondisioner əldə edin: Evinizə uyğun olaraq
kondisioner alın. Kondisioneri evdən qıraqdakı mühütün istiliyinə nəzərən ən çox
6 dərəcə aşağı nizamlayın.
Cib telefonu: Fransada aparılan araşdırmaya
görə yataq otağında cib telefonun zəngi gələrsə keyfiyyətli yuxudan orta hesabla
50 dəqiqəlik yaxşı yuxunun keyfiyyətini korlayır.
Çox yeməyin: Həddindən
artıq yağlı və şəkərli yeməklər qəti olmaz. İsti havada yüngül yeməklər yeyin və
yemək ilə yuxu arasında fərq ən azı 3 saat olmalıdır.
Su içmək: Su
gündəlik orta hesabla 1.5 litr için. Su az istifadə etməklə tər zamanı bədənə
lazım olan su itkisinə səbəb olar.
Geri
Şərhlər: (0)
Baxılıb: 586
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.