İphone Diamond 19 730$ satışa çıxarılıb
İphone Diamond
Britaniyalı zərgər Stuart Hughes bu yaxınlarda İphone Diamond Edition modelini təqdim edib . Hughes bu modelini Apple - iPhone 4 Diamond adlandırıb. Brilliantlarla dizayn olunmuş modelin qiyməti isə 19 730$-dır və model artıq satışa çıxarılıb. Sifarişlərin çoxluğunu nəzərə alaraq adı çəkilən modelin hələki 50 ədədi hazırlanıb.
İphone 4 Diamond eynilə yeni satışa buraxılan iphone xüsusiyyətlərinə malikdir.
Lakin yeni modelin funksiyasındakı qüsurlar artıq özünü biruzə verməyə başlayıb. Belə ki, testlər zamanı siqnalın zəif gedib-gəlməsi problemi artıq özünü biruzə verib. Bu da gələcəkdə istifadəçilərdin narazıçılığına səbəb ola bilər.
Sizcə telefona bu qədər pul verməyə dəyərmi?
Bəs Siz telefonu dəb xatirinə alırsınız?
Fikirlərinizi bilmək maraqlı olar