Həyatın mənası nədir?
Hər kəsi düşündürən bir sual
Əgər insan bilsə ki, nə üçün ona yaşamaq
lazımdır, onda o hər bir hadisə üçün
müəyyən qərar çıxara biləcəkdir
Ardında daha maraqlı
Kimsə hər hansı bir bazar sabahı sevinclə yuxudan oyanır və ola
bilər ki, o bu sevinci dostuna, sevdiyi bir insana ya da Allaha qarşı
duyur. Kimsədə onu əhatə edən gözəlliklərə, onunla yanaşı
əzizlərinin və yaxınlarının olmasına baxmayaraq daxili aləmində bir
boşluq hiss edir və bu boşluqdan yaxa qurtara bilmir.
Deməli xarici dünyamız və bizi əhatə eden gözəlliklər daxili
dünyamızla müqayisədə o qədər də vacib deyil. Vacib odur ki,
daxilmizdə nə hiss edirik. Əgər orda hər hansı bir boşluq
mövcuddursa onda bədən buna tab gətirmir və həyat boşluğuna doğru
yuvarlanır. Bəs bundan necə yaxa qurtarmaq olar.
Mən bir qızla tanış olmuşdum, hansı ki, öz həyatına son qoymaq
istəyirdi, lakin, bunun üçün heç bir cəhd
göstərməmişdi. O, bunu belə başa salırdı kı, Allah onu
dünyaya hər hansı bir təyin olunmuş məqsəd üçün
göndərib və eyni zamanda ona, ölümə hər zaman meyl etmə
hissiyatını bəxş eləmişdir. Elə ki, məqsədini həyata keçirdi, o
artıq bu dünyadan əbədi getmək üçün hazır
olacaqdır. Amma onun dediyinə görə öz məqsədini həyata
keçirmək üçün o, hələ bir çox maneələri
aşmalıdır. "Allah
mənə icazə vermir ki, öz məqsədimi həyata keçirim,
çünki, o, bilir ki, bu hadisədən dərhal sonra mən həyatdan
vidalaşacağam. Və allah vaxtımı uzadır, amma bilmirəm ki, nə
üçün!” Bu hissəyə diqqət yetirin, o,
öz sualına özü cavab verir. Ziddiyətli həyat tərzinə və
Allaha qovuşmaq istəyinə baxmayaraq, o, bu soyuq və əzablı
dünyadakı ağır həyat şəraitinə inanmağa başlamış və yaşamaq
üçün bir səbəb tapmışdır. Bir sözlə, həmin qızda
özünü mühafizə "instinkti”
formalaşırdı, amma burda o, özünü, özündən
mühafizə eləyirdi.
Mən dəyişilmişəm və öz-özümə yad kimi görünürəm.
Mən özümlə vuruşan bir döyüşçüyə bənzəyirəm
Mən artıq taleyimlə mübarizədən yorulmuşam.
F.Nisşe
Həyatın mənası nədir? Bu sual
günümüz insanı üçün vacib və
əhəmiyyətli suallardan biridir. Həyatda yaşamağın mənasını itirmiş
insanı ruhu xəstə kimi qələmə vermək düzgün deyildir. Əksinə
həyati çətinliklərdən əziyyət çəkən insanı daha
insanpərvər biri kimi qələmə versək, bəlkə də yanılmarlq.
Çünki, başqa bir canlını bu sual heç vaxt
düşündürməmişdir. Hətta qəti surətdə demək olar ki, bu
sual bizim insanlığımızı meydana çıxarır.
Belə ki, müəyyən yaş dövrlərinə təsadüf edən hadisələr,
məsələn insanın yaxın qohumunu itirməsi, ağır yaşam tərzi, bir sıra
uğursuzluqlar, işsizlik, ailədən və sevgidən məhrum olma və sair bu
kimi faktlar insanda "həyatın mənası” anlayışının itməsinə
gətirib çıxarır.
Həyatdakı bütün çətinlikləri aradan qaldırmaq qeyri
mümkündür və biz həyatın mənasını itirmiş
bütün insanlara ayrı-ayrılıqda kömək edə bilmərik. Yəni
bizim, məsələn hər hansı bir işsizi və ya sevgilisi tərəfindən
aldadılmış bir nəfəri axtarmamız vacib deyildir. Biz sadəcə həmin
insanları inandırmalıyıq ki, həyat bütün çətinliklərə
və zorakılıqlara baxmayaraq çox gözəldir, bunun
üçün ümüdsüzlüyə qapılmağa dəyməz.
Sadəcə olaraq insan bu vəzıyyətdən çıxmaq istəyirsə qarşısına
hər hansı bir məqsəd qoymalı və onun həyata keçməsi
üçün var gücü ilə çalışmalıdır. Məhz
bu zaman atrıq insan həyatın mənasını anlamağa başlayacaq. Həqiqətən
də, həyat çətinləşdikcə onun mənası daha da dərinləşir və həyat
bir o qədər də gözəlləşir. Sonda Nisşenin
düşündürən kəlamlarından birini qeyd etmək istəyirəm:
"Əgər
insan bilsə ki, nə üçün ona yaşamaq lazımdır, onda o
hər bir hadisə üçün müəyyən qərar çıxara
biləcəkdir”.