"Eurovision-2011”
milli seçim turu başlayır!
"Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycan üzrə
təşkilatçısı və
yayımçısı olan İctimai Teleradio 2011-ci ildə Almaniyada
keçiriləcək növbəti müsabiqədə ölkəmizi təmsil edəcək ifaçını müəyyən
etmək üçün
milli seçim turuna start verir.
"Eurovision” mahnı yarışmasının qaydalarına və
tələblərinə uyğun
aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin
etmək,
ictimaiyyətin rəyini öyrənmək məqsədilə, peşəkar münsiflər heyəti ilə
yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.
Yaşı 16-dan
yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər
müsabiqəyə qatıla
bilər.
Müsabiqə iştirakçıları gözəl səsi, rəqs etmə bacarığı və səhnə
mədəniyyəti ilə fərqlənməlidir. Bütün müraciət edənlər arasından
yalnız 100 nəfər seçim turuna buraxılacaq.
Milli
seçim turunda iştirak etmək istəyənlər oktyabrın
5-dən
15-dək Şərifzadə küçəsi 241 ünvanında yerləşən İctimai Televiziya
və Radio
Yayımları Şirkətin
in Təşkilat Komitəsinə müraciət edə bilərlər.
Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil,
şəxsiyyət
vəsiqəsinin surətini və tərcümeyi-halını əks etdirən xüsusi anketi
təqdim etməlidir.
Geri
Şərhlər: (0)
Baxılıb: 863
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.