Eşq və Dəlilik
Eşq və Dəlilik.
Bir
gün Dəlilik yaxın dostlarını qəhvə içmək üzrə evinə dəvət etmiş.Hər kəs
gəlmiş.Qəhvələr içildikdən sonra Dəlilik dostlarına gizlənpaç oynamağı
təklif etmiş.
-Gizlənpaç?O nədir? deyə soruşmuş Maraq
-Gizlənpaç bir oyundur Sizlər gizlənərkən mən yüzə qədər
sayacağım.Sayıb gurtaranda ilk tapacağım adam məndən sonrakı yuman
olacaq.
Qorxu və Tənbəllik xaricindəkilər Dəliliyin təklifini dərhal qəbul etmişlər
-1, 2, 3 deyə yüksək səslə saymağa başlamış Dəlilik
Tələsikçilik, ilk tapdığı yerə özünü atmış
Utancaqlıq, hər zamanki vərdişiylə bir ağacın kölgəsinə ilişmiş
Sevinc, bağçanın orta yerinə doğru yönəlmiş,hüzn, saxlanacaq yer tapa bilmədiyindən ağlamaya başlamış.
Qısqanclıq,uğurun arxasından gedərək yanındakı bir qayanın ardına sığınmış
Dəlilik saymağı davam etdirmiş
Ümidsizlik, Dəliliyin doxsan doqquza gəldiyini eşitdiyində daha da ümidsizliyə qapılmış
-YÜZ ! deyə qışqırmış Dəlilik.Axtarışa başlayıram
İlk tapılan Maraq olmuş.Birinci qurbanın kim olacağını o qədər maraqlanırmış ki, gizlənməyə laqeyd yanaşmış.
Bağça divarına baxdığında, Dəlilik Qərarsızlığı fərq etmiş;divarın
hansı tərəfinə gizlənəcəyini düşünməklə məşğulmuş Və dərhal ardından
Sevinci, Hüznü, Utancaqlığı tapmış Dəlilik.Hər kəs yenidən bir araya
gəldiyində Maraq soruşmuş:
-Eşq harada? Heç Eşqi görən oldu?
Dəlilik, Eşqi axtarışa qoyulmuş Dağlara çıxmış, çayların yataqlarına baxmış, amma Eşqi heç bir yerdə tapa bilməmiş.
Çarəsiz axtarışını davam etdirən Dəlilik, bir gül ağacı ilə
qarşılaşmış.Əline keçirdiyi bir kolla ağacın budaqlarını, yarpaqlarını
yoxlamış.Birdənbir qışqırıqla diksinmiş.
Ağrıyla qışqıran Eşq, tikan batan gözünü tuturmuş
Dəlilik nə edəcəyini bilməmiş.Üzr istəmiş, yalvarmış yalvarmış Eşqə
özünü bağışlaması üçün.O qədər kədərlənmiş ki, bir daha həyat boyu
yanından ayrılmayacağını belə vəd etmiş.Ağrısı bir az dayanan Eşq
sonunda üzrləri qəbul etmiş
O GÜNDƏN BƏRİ EŞQİN GÖZÜ KOR OLMUŞ BigTac.Tk
VƏ DƏLİLİK HƏMİŞƏ EŞQİN YANINDA OLMUŞ.