Bu da dünyanın ən qorxunc turistik yeri!
İspanca La Isla da la Munecas yəni
Oyuncak Körpə Adası olaraq bilinən Meksikadakı bu ada, adından
gözlənilənin gözəl və sevimli oyuncaq körpələrin dünyası deyil,
qorxuducu körpələrin dünyasıdır. Kanalların arasında olan ada bir çox
sirr və batil inancı içində saxlayır. Bu adanın hər yeri ağaclara
əslmiş qəribə görünüşlü körpələrlə doludur.
Adanın
qurucusu Don Julian Santanadır. Don Julian bu adaya yerləşib ailəsiylə
əlaqələri kəsmiş, son əlli ilini La Isla da la Munecasıya həsr
etmişdir. Yaşlı adam bu adanı quraraq illər əvvəl kanalda boğulan kiçik
bir qızın ruhunu sevindirdiyinə inanır.
Səbəbi
nə olursa olsun, Don Julianın adanı hər addımınızda qarşınıza çıxan
qorxuducu körpələrlə təchiz edərək qəribə bir yerə çevirdiyi bir
gerçəkdir. Don Julian, bu körpələri zibillərdən yığmış ya da öz
yetişdirdiyi tərəvəz, meyvələrlə dəyişdirmişdir. Bəziləri onun narahat
edilməmək üçün hər yerə qorxunc körpələri asdığını düşünür.
Geri
Şərhlər: (0)
Baxılıb: 899
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.