Holcocephala
fusca, yəni "quldur ağcaqanad"... Böyük gözləri ilə dünyaya baxan bu
ağcaqanadlar böcəklər dünyasında əhəmiyyətli bir yer tuturlar.
Xeberin Ardinda Maraqli Melumat +9 Sekil
Çünki
bu ağcaqanadlar çəyirtkədən, eşşək arısına bir çox böcəyi yeyə bilir.
Ətraf alimlər bu vəziyyətin təbiətin tarazlığı üçün əhəmiyyətli bir rol
oynadığını söyləyirlər.
Xəbəri bəzəyən fotoşəkil isə Tomas Shahana aiddir. Onun üçün fotoşəkildəki quldur ağcaqanadı "dünyanın ən gözəl ağcaqanadıdır."
Böcəklər dünyasında makro foto çəkməyi çox sevən Shahan, bu şəkilləri çəkərkən xeyli çətinlik çəkdiyini də etiraf etdi.
Bu
çətinliyin səbəbini isə belə izah edir: "Normal şərtlərdə quldur
ağcaqanadlar ən çətinlikli küləkdə belə üzərinə yapışdıqları yarpaqdan
uçmazlar. Siz də bundan cəsarət götürüb kameranızı əlinizə almağa
qalxsanız yanılarsınız, çünki bu ağcaqanadlar kameranı tərpədər
tərpətməz uçurlar. Nəhayət fotodakı bu ağcaqanad onu çəkməyə icazə
verdi. Hərçənd bu da çox asan olmadı. Gördüyünüz bu fotonu ancaq 66 boş
çəkilişdən sonra əldə edə bildim."
Geri
Şərhlər: (0)
Baxılıb: 819
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.