== DAHA ƏTRAFLI XƏBƏRİN ARDINDA ==
Dırnaq
yemə insanlardakı psixoloji sıxıntının göstəricisidir.
Psixiatorlar
dırnaq yemə probleminin düşünüldüyündən daha ciddi bir problem olduğunu
açıqlayıblar.
Dırnaq yemənin insandakı sıxıntıdan xəbər
verdiyini vurğulayan mütəxəssislər "dırnaq yemə insanların həyat
keyfiyyətini aşağı salan bir çox narahatlığın əlaməti ola bilər’’
fikrini irəli sürüb. İnsanlarda dırnaq yemə alışqanlığının hansısa
sıxıntının əlaməti olduğunu söyləyən psixiatorlar özünə güvənin olmaması
və keçmişdə alçaldılmaya məruz qalma kimi səbəblərin bu vərdişə gətirib
çıxardığını bildirib. İnsanların dırnaq yemə vərdişindən xilas olması
üçün acı dodaq boyası ya da taxılma dırnaq kimi yollara əl atıldığını
xatırladan mütəxəssislər "dırnaq yemə kiçik bir sıxıntıdan psixoz
xəstəliyinə qədər bir çox xəstəliyin əlaməti sayıla bilər. Qardaşını
qısqanmaq və yalnızlıq hissi bu problemin ən önəmli başlanğıc nöqtəsi
ola bilər’’ deyib.
Geri
Şərhlər: (0)
Baxılıb: 665
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.