
Tam bir ay davam edən mundiala
vuvuzela, hakim səhvləri, İtaliyanın qrupda qalması, Fransa yığmasındakı
böhran, bir çox ulduz futbolçunun uğursuzluğu,
jabulani topu və s.
olaylar damğa vurdu.Cənubi Afrika Respublikasında keçirilən Dünya çempionatı başa çatdı. Final matçında Hollandiyaya 1:0 hesabı ilə qalib gələn İspaniya tarixində ilk dəfə dünya çempionu titulunu qazandı.
Tam bir ay davam edən mundiala vuvuzela, hakim səhvləri, İtaliyanın
qrupda qalması, Fransa yığmasındakı böhran, bir çox ulduz futbolçunun uğursuzluğu, jabulani topu və s. olaylar damğa vurdu.

Vuvuzela
Cənubi
Afrika mədəniyyətinin bir parçası olan bu nəfəs aləti çıxardığı səs və
gurultu ilə futbolsevərlər üçün kabusa çevrildi. CAR millisinin meydana
çıxmadığı oyunlarda da 90 dəqiqə susmayan vuvuzelaların komanda hücumda
və müdafiədə olduğu, qol vurduğu və buraxdığı zamanlarda da çalınması
böyük etirazlara səbəb oldu.
Əslində
vuvuzela Dünya çempionatının startından əvvəl bütün dünyanın müzakirə
mövzusuna çevirilmişdi. Lakin uzun müzakirələrdən sonra FİFA bu çalğı
alətinə qadağa qoymaqdan imtina etdi

Osminoq
Dünya
çempionatının qəhrəmanlarından biri də təbii ki, səkkizayaqlı dəniz
ilbizi (osminoq) Paul oldu. Populyarlığına görə, dünyanın ən məşhur
futbolçularını belə üstələyən bu canlı Almaniya yığmasının çempionatın
final mərhələsində keçirdiyi oyunların bütün nəticələrini əvvəlcədən
tapmağı bacardı. Paulun son proqnozu da düz çıxdı. Final matçından öncə
İspaniyanın qalib gələcəyini proqnozlaşdıran ilbizə inananların sayı
dəfələrlə artmış oldu.
Qeyd
edək ki, Paulun ortaya çıxmasından sonra heyvanların proqnozlarına
inananların sayı artmağa başlayıb. Malaziyada «Mina Kuti» ləqəbli
uzunquyruq tutuquşu da proqnozlar açıqlamağa başlayıb. Amma onun
versiyası özünü doğrultmadı. Belə ki, tutuquşu finalda Hollandiyanın
qalib gələcəyini proqnozlaşdırmışdı.
Hakim səhvləri
Turnirə
hakim səhvləri də damğa vurdu. 1/8 finaldakı rusvayçı səhvlər futbolda
müasir texnologiyanın imkanlarından yararlanmağın vacibliyini önə
çıxardı.
Eyni
gündə öncə İngiltərə - Almaniya matçında hesab 1:2 olarkən ingilis
Frank Lempardın zərbəsindən sonra açıq-aşkar qapı xəttini keçən top
qeydə alınmadı. Ardınca Argentina - Meksika matçında argentinalı Karlos
Tevezin ofsayddan vurduğu qol qeydə alındı və hesab 1:0 oldu. Oyun
Argentinanın 3:1 hesablı qələbəsi ilə başa çatdı və FİFA Meksikadan üzr
istədi.
Jabulani
Turnirdə
istifadə edilən «Adidas»ın istehsalı olan top hələ Dünya çempionatının
startından əvvəl futbolçular və mütəxəssislər tərəfindən ciddi şəkildə
tənqid edildi. Yarışın gedişində isə onların nə qədər haqlı olduğu
ortaya çıxdı. Belə ki, bir çox oyunlarda futbolçuların bəzi hallarda
topa nəzarət edə bilmədiyi müşahidə olundu. Bəzi komandaların
qapıçıları «Jabulani»nin hansı istiqamətə gedəcəyini müəyyənləşdirə
bilməyib, yersiz qollar buraxdı. Özəlliklə cinah dəyişdirərək, hava
ötürmələrində topa nəzarət mümkünsüz olurdu.
İtaliyanın fiaskosu
Təbii
ki, Dünya çempionatının ən çox müzakirə olunan komandası İtaliya
yığması oldu. CAR-a dünya çempionu kimi yollanan italiyanlar Afrikada
fiasko ilə üzləşdi. Yeni Zelandiya, Paraqvay və Slovakiya ilə birlikdə
F qrupunda yer alan Marselo Lippinin komandası turniri qələbə
qazanmadan tamamladı. Qrupda qalan və evə erkən dönməli olan komandanın
baş məşqçisi və futbolçuları az qala bütün İtaliya tərəfindən «düşmən»
elan edildi.
Fransada xaos
Seçmə
mərhələ oyunlarında Tyerri Anrinin əllə saxlayaraq, verdiyi qol
ötürməsi sayəsində Dünya çempionatına yollanan Fransa da İtaliyanın
aqibətini yaşadı. DÇ-2010 finalçısı da CAR-da mübarizəni qrup
mərhələsində başa vurdu.
A
qrupunda yer alan Fransa sadəcə bir xal qazana bildi. Komandada bəzi
oyunçularla baş məşqçi Raymon Domenek arasında böyük qalmaqal yaşandı.
Nikola Anelka baş məşqçini təhqir etdiyi üçün komandadan qovuldu. Buna
etiraz edən digər futbolçular məşqə çıxmaqdan imtina etdi. Yığma
komanda iki yerə bölündü. Millinin qrupda mübarizəni dayandırmasından
sonra başda prezident Nikola Sarkozi olmaqla Fransa hökuməti,
parlamenti və siyasətçiləri olaya müdaxilə etdi. Vəziyyət o yerə çatdı
ki, FİFA Fransa hökumətini hədələyərək, federasiyanın işinə qarışmamağı
tələb etdi və əks halda sanksiyalar tətbiq edəcəyi ilə hədələdi.
Ulduzların uğursuzluğu
Mundialda
çox şey gözlənilən bir çox ulduz futbolçu turniri qol vurmadan
tamamladı. Dünyanın ən yaxşı oyunçusu olaraq göstərilən argentinalı
Lionel Messi 1/4 finalda Almaniyaya 0:4 hesabı ilə yenildikləri matçdan
sonra Dünya çempionatını göz yaşları içərisində tərk etdi.
Fransız
Frank Riberi, ingilis Ueyn Runi, braziliyalı Kaka, portuqaliyadı
Kriştiano Ronaldo və başqa futbolçular turnirdən onlardan gözlənilən
oyunu sərgiləməməklə, xəyal qırıqlığı yaratdılar.
Vərəqə yağışı
Hollandiya
- İspaniya oyunu Dünya çempionatları tarixinin ən çox vərəqə göstərilən
qarşılaşması oldu. Matç ərzində ingilis referi Hovard Uebb düz 15 dəfə
əlini cibinə atmalı oldu. Hollandiyanın 8, İspaniyanın 6 oyunçusuna
sarı vərəqə göstərən referi hollandları son 11 dəqiqədə 10 nəfərlə
oynamağa məcbur etdi. Con Heytinqaya ikinci sarı vərəqəni göstərən
hakim bununla da ən çox vərəqə göstərilən finalın qəhrəmanlarından biri
oldu.
Hakimlər ümumilikdə turnir ərzində futbolçulara 258 sarı, 10 qırmızı vərəqə göstərdi.
Qeyd edək ki, Dünya çempionatlarında 1966-cı ildən sarı və qırmızı vərəqələrin tətbiq olunmasına başlanılıb.
DÇ-1966-nın
finalında cəmi 1 sarı vərəqədən istifadə edilib. DÇ-1990-nın finalında
3 sarı, 2 qırmızı vərəqə göstərilib. Argentinanın iki oyunçusunu
meydandan qovan meksikalı referi Almaniyanın çempionluğunda böyük pay
sahibi olub. İtaliyada keçirilən DÇ-2006-nın finalında futbolçulara 4
sarı və 1 qırmızı vərəqə göstərilib. Hakim Fransa və dünya futbolunun
canlı əfsanəsi Zinəddin Zidanı meydandan qovub.
Ən "kasıb" çempion
Final
matçında Andres İnyestanın Hollandiyanın qapısına vurduğu qol kubok
tarixinin 2064-cı qolu oldu. Bu mundialın ən tez qolu turnirin
bombardiri Tomas Müllerin ayağına yazıldı. 20 yaşlı forvardın Almaniya
- Argentina (4:0) matçının üçüncü dəqiqəsində vurduğu qol DÇ-2010-un ən
tez vurulmuş qolu kimi tarixə düşdü. Almaniya ən çox qol vuran komanda
oldu - 16. Portuqaliya və İsevçrə qapısında ən az qol görən komandalar
kimi tarixə düşdü - 1. Turnirdə 2 avtoqol, 9 penalti qeydə alındı. 6
penalti zərbəsi isə qeyri dəqiq yerinə yetirildi.
İspaniya
tarixə ən az qol vuran çempion kimi düşdü. 7 matçda rəqib qapılarına
cəmi 8 qol vuran ispanlar mundial tarixində çempionun 7 oyun keçirməyə
başladığı DÇ-1945-dən bəri ən "kasıb" komanda oldu. İndiyədək çempion
komanda rəqib qapılarına 10-dan az qol vurmamışdı.
Geri
Şərhlər: (0)
Baxılıb: 810
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.