Məhəbbəti istəklə (həvəslə) çox asan
səhv salmaq olar. Həqiqi məhəbbətin
indikatoru inamdır, fiziki yaxınlıq deyildir.
Ehtiras sevgi deyil..Sevginin sadəcə tərkib hissəsidir
Ardında çooox maraqlı Məhəbbət sübutları
Gəlin görək sevdiyimiz insanı həqiqətənmi sevirik?
![](http://faylyukle.com/foto/arxiv/2009-12/1261464652_art_red.gif)
Əsrlər boyu tərənnüm edilən, həm
ilahiləşdirilən, həm nifrətlənən məhəbbət nədir? Ən xoşbəxt hissdir,
yoxsa ən bədbəxt hiss? Məhəbbət haqqında çox deyilib, lakin onun haqqında az bilirik.
Birazda Həqiqi Məhəbbət haqqında:
Məhəbbət müxtəlif formalarda (romantik, dostluq, tanışlıq) təzahür edə bilər, lakin o həmişə həvəs ilə bağlıdır.
Məhəbbət fiziki iztirab gətirmir. Fiziki və ya emosional zorakılıq məhəbbətin tərkib hissəsi ola bilməz.
Məhəbbət sevdiyin insanın hisslərini idarə etmək demək deyildlir. Ondan
istəklərin həyata keçirilməsi üçün istifadə
olunmamalıdır. Heç zaman bu formada tələblər irəli
sürməyin: "Əgər sevsəydin, bunu edərdin”.
Məhəbbət – sevdiyin adamın xoşbəxtliyini öz xoşbəxtliyindən
üstün tutmaqdır, ancaq bu özü-özünü
aldatmaq və yaxud şəxsi dəyərlərindən və baxışlarından imtina etmək
demək deyildir.
Əgər sizdən məhəbbətinizi təsdiq etmək üçün nə isə
tələb edirlərsə, onda sizi fikirləşdiyiniz qədər sevmirlər.
Hər hansı bir insanı sevirsənsə, ondan məhəbbət xatirinə qurban tələb etmək olmaz.
Məhəbbəti istəklə (həvəslə) çox asan səhv salmaq olar. Həqiqi məhəbbətin indikatoru inamdır, fiziki yaxınlıq deyildir.
Ola bilər ki, siz bir neçə insana romantik məhəbbət
bəsləyərsiniz. Fikirləşin, eyni zamanda 2 insanı sevmək olarmı? Niyə
eyni zamanda 2 insana romantik hisslər bəsləmək mümkün deyil?
Belə vəziyyətə düşdükdə emosional hala qapılmayın. Partnyorun
qarşısında öz üzərinizə məsuliyyət götürməyin, ona
açıqca söyləyin ki, siz nə hiss edirsiniz və siz
özünüzü itirmisiniz.
Seks – bu məhəbbət deyil. Məhəbbət – bu seks deyil. Seks
məhəbbətin tərkib hissəsidir, lakin mütləq tərkib hissəsi deyil.
Ola bilər ki, romantik məhəbbət ötüb keçsin, ancaq
səbəbləri aşkar edilməmiş qalsın. Əgər insanda sizə qarşı olan hisslər
itərsə, bu sizin şəxsi keyfiyyətlərinizi azaltmır və sizi arzuolunmaz
etmir.
Məhəbbət sizə xoşbəxtlik bəxş etməlidir. Siz özünüzə
qarşı hörmət görməli, özünüzü
müdafiə olunmuş hiss etməlisiniz.