"Hər şey bitsə də, bəlkə dost kimi qala bilərik”
fikri illərdən bəri ayrılan insanlara məxsusdur.
Amma bunu bacaranların sayı çox azdır.
Sizcə əvvəl sevdiyiniz insanla dost olmaq nə dərəcədə mümkündür??
Bir vaxtlar Sevgilim deyə çağırdığınızı
indi Dostum deyə çağıra bilərsinizmi??
Ardında hərkəs öz dəyərli
fikrini bildirə bilər..
Əvvəl sevdiyiniz insanla dost olmaq mümkündürmü?
"Hər şey bitsə də, bəlkə dost kimi qala bilərik”
fikri illərdən bəri ayrılan insanlara məxsusdur. Amma bunu bacaranların
sayı çox azdır. Bir neçə dəqiqədən sonra əvvəlki sevgiliniz olacaq qız
və ya oğlan dostunuz həyatınızdan gedərkən sözsüz ki. "dost ola bilərikmi?” sualını vermişdir. Bəlkə də vicdan əzabı ilə siz də ona "əlbəttə!” cavabını vermisiniz. Ona "bəli”
cavabını verməyinizin səbəbi həmin insanın həyatında baş verəcək
hadisələri öyrənmək marağındandır bəlkə də. Əslində, əvvəlki sevgilinin
dostluq ehtimalı demək olar ki, qeyri-mümkündür. Çünki sizin ayrılma
səbəbləriniz bundan sonra dostcasına yaradacağınız əlaqənin əsasında
müəyyən çatlar yaradacaq ki, bu da dostluğun hələ ilk günlərindən bəzi
problemlərlə qarşılaşmağınıza səbəb olacaq. Və birdə unutmaq lazım
deyil ki. əgər bu insanla nə vaxtsa sevgili kimi münasibət qura
bilməmisinizsə onda heç dost kimi olmağında heç bir şansı olmaz. Hər
ikiniz normal şəxs kimi düşünməlisiniz ki və ya özünüzə sual
verməlisiniz ki, bunu bacara biləcəyəm? və daha sonra hər hansısa bir
qərara gələ bilərikmi deyə özünüzə sual verməlisiniz.
Çoz vaxt hər iki tərəf bunun uğurlu ola biləcəyinə
inanır və düşünmədən atdım atırlar. Hal bu ki, siz düşünməlisiniz ki,
əyər biz sevgili kimi bir-birimizi başa düşməmişiksə dost kimi necə
başa düşəcəyik? Ən yaxşısı əgər ayrılmağa qərar vermisinizsə onda
həqiqətəndə bir-birinizin həyatında bir iz qoymadan çıxıb gedəsiniz.
Çünki nə qədər dost olmağa çalışsanız belə keçmişiniz sizi heç vaxt
rahat qoymayacaq, və ya hər nə qədər dostluğu yaxşı bacarsanız yenədə
son nöqtəyə gəlib çıxanda keçmişiniz sizi rahat qoymayacaq. Həmdə sizin
dostluğunuz ona görədə baş tuta bilərki bir-birinizin şəxsi
münasibətlərini öyrənib müqayisə etmək üçün də dosluq etmək qərarınada
gələsiniz. Belə bir şeydə ola bilərki sevdiyiniz insan sizə dostluq
təklifi edər amma əslində məqsədi sizdən acıq çıxmaq ola bilər. Ona
görədə insanı tanımaq olmur və bir şeyi həmişə nəzərə almalısınız ki,
bu əvvəlcədən alınmıyıbsa demək alınası iş deyil. Əgər bu münasibətə
fərqli baxımdan yanaşsaq, o zaman əvvəlki əlaqənin xatirələrindən xilas
olub tamamilə yeni bir əlaqəyə başlamağın ən yaxşı yolu həmin insanı
keçmişdə qoymaqdır.
Ümumiyyətlə çalışmaq lazımdır ki keçmişi elə keçmişdə qoyub gələcəyivə davam edəsiniz.
Hərkəs öz fikirni bildirə bilər..!!!
Geri
Şərhlər: (0)
Baxılıb: 900
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.