
Ardında daha ətraflı...
�Bermud üçbucağı� olaraq adlandırılan bölgədə 1940-cı illərin sonuna doğru təyyarələrin ardıcıl olaraq qeyb olmasının sirrinin açıldığı iddia edildi.
Çoxlu
sayda təyyarə və gəmilərin Atlantik okeanının Bermud, Florida və
Puerto-Riko arasında cızılan xəyali üçbucaq şəklindəki bölgəsində heç
bir iz saxlamadan qeyb olmuşdu.
BBC-də
yayımlanacaq silsilə bir proqram üçün aparılan araşdırmalar, ümumi sayı
51 nəfər olan sərnişin və təyyarənin şəxsi heyəti ilə iki ingilis
ticarət təyyarəsinin necə qeyb olduğuna dair ağlabatan bir açıqlama
gətirib.
Təyarələrin birinin böyük ehtimalla pis istehsalından
irəli gələn kritik və texniki nasazlıqlar səbəbindən düşmüş ola
biləcəyi, digərlərinin isə yanacağının bitmiş olması ehtimalının yüksək
olması bildirilib.
60 il əvvəl London və Bermud arasındakı ticari uçuşlar həm yeni və həm də çox təhlükəli idi. Təyyarələrin 2000 millik Bermud uçuşu öncəsi yanacaq ehtiyatını təmin etmək üçün Azor adalarında dayanması gərək idi.
Zamanın
ən uzun birdəfəlik uçuşu olan Bermud uçuşlarında təyyarələr yanacaq
ehtiyatlarını tam təmin etmələrinə baxmayaraq, yenə də yanacaqlarının
son limitinə qədər sərf edirdilər. Bundan əlavə, o zaman ki, təyyarələr
indiki kimi böyük sərnişin təyyarələrinə nisbətən daha az əmniyyətli
idilər.
Bu sahədə çalışan British South American Airways-ın qorxunc bir
�güvənlik�-i var idi: 3 il ərzində 11 ciddi qəza meydana gəlmiş, 5
təyyarə qeyb olmuş, 73 sərnişin və 22 nəfər təyyarənin şəxsi heyəti
ölmüşdü.
Geri
Şərhlər: (0)
Baxılıb: 878
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.