Azərbaycan - Türkiyə oyununun bilet qiymətləri
Ən bahalı billet 30 manatadır
Tofiq Bəhramov adına Respublika
Stadionunda keçiriləcək Azərbaycan-Türkiyə matçı üçün satışa 27 min
bilet çıxarılıb. Hələlik, bu biletlərdən cəmi 150-si satılıb.
Ən bahalı yerlər təbii ki, VİP bölməsindədir - 30 manat. Bilet satışındakı yeni sistem azarkeşlərə doğru yer seçimi etməyə imkan yaradır. Çünki azarkeş satış mərkəzindəki monitor vasitəsilə ilə seçdiyi yerdən arenanın necə göründüyünə baxa bilir.
Qeyd edək ki, bilet satışı Park Bulvar ticarət mərkəzində həyata keçirilir. Kollektiv bilet sifarişləri isə AFFA-nın mənzil qərargahında təşkil olunub. Sabahdan isə azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun girişindəki satış mərkəzlərindən də əldə edə biləcəklər.
Xatırladaq ki, Azərbaycan-Türkiyə oyunu oktyabrın 12-də saat 20:00-da start götürəcək.