Arda Turanı ağlatdılar...
Türkiyə milli komandasının və "Qalatasaray” klubunun futbolçusu Arda
Turan qasıq nahiyəsindən aldığı zədəni həddən artıq sekslə məşğul
olması ilə əlaqələndirən tanınmış idman yazarı Erman Toroğluya sərt
reaksiya verib.
![](http://lent.az/img/p.gif)
bigtac.tk-nın məlumatına görə, 23 yaşlı hücumameylli yarımmüdafiəçi "NTV
Spor”a açıqlamasında Toroğlunu şərəfsiz adlandırıb.
"Qalatasaray”ın kapitanı danışarkən əsəbindən göz yaşlarına hakim ola
bilməyib: "238 matça çıxan Ardaya hörmət qoyulmur. Mənim ailəm yoxdur,
onun ailəsi yoxdur. Bunu edənlərin ailəsi yoxdur. Şərəfsizlik baş alıb
gedir. Artıq bəzi şeylərə nifrət edirəm. Həddən artıq irəli gedirlər.
Çox əsəbiləşirəm. Bunlara meydançada cavab vermək lazımdır, amma
şərəfsizliyə, əxlaqsızlığa veriləcək bir cavab yoxdur”.
Klubunun icazə olmadan açıqlama verdiyini deyən Arda buna görə
cəzalanacağını istisna etməyib. Lakin o, bəzi məsələlərin ona çox pis
təsir etdiyi üçün danışmağa məcbur olduğunu vurğulayıb.
İstedadlı oyunçu Türkiyə millisinin 2012-ci il Avropa çempionatının
seçmə qrup matçlarında Almaniyaya 0:3, Azərbaycana isə 0:1 hesablı
məğlubiyyətlərinə də toxunub. Arda bildirib ki, həmin görüşlərdə
oynasaydı belə, bir şey dəyişməyəcəkdi. Çünki hazırda komanda sıxıntılı
dövr keçirir: "İndi qrup ikincisi Avstriya ilə aramızda cəmi 1 xal fərq
var. Bu komanda ilə hələ 2 oyun keçirəcəyik. Doğrudur, problemlər var,
amma bu futbolçular, məşqçilər çıxış yolu tapa biləcək gücdədirlər.
Buna inamımız sonsuzdur. Komanda yoldaşlarımla birgə əlimdən gələni
edəcəyəm”.
Qeyd edək ki, Arda Turan Türkiyə millisinin məşqində qasıq nahiyəsindən
zədələnərək, əməliyyat olunub. Onun yaşıl meydanlara dönüşünə 4 ayadək
vaxt lazım gələcək.
Geri
Şərhlər: (0)
Baxılıb: 830
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.