Qrup: Qonaq
Sizin Brauzer:, versiya
Bugun: 24.04.2024 il
Rəqib Olmayanda Qalib Gəlmək Çətin Deyil!
Карта сайта Adminlə Əlaqə Ana Sehife

Qeydiyyat

Chat

Reklam

Sorgu

Saytın Yeni Dizaynını Bəyənirsiz?


Reklam

Reklam

Hava Haqqinda

Reklam

Reklam

Sayğac

Hal-hazirda saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Ana Sehife » 2010 » Fevral » 4 » Apple iPad: müsbət və mənfi cəhətlər
MuəllifMuəllif: ADMIN | TarixTarix: 24.04.2024 |Голосов: 0

Hazırda Qlobal Şəbəkə məkanında Apple şirkətinin yanvar ayının 27-də təqdim etdiyi iPad planşet kompüteri demək olar ki, ən çox müzakirə olunan mövzudur.

Apple-in icraçı direktoru Stiv Cobs tərəfindən nümayiş etdirilmiş və onun "inqilabi” bir qurğu adlandırdığı iPad, ekspertlərin fikrincə həm müsbət, həm də ki, onu axıra kimi "inqilabi” etməyə imkan verməyən mənfi cəhətlərə də malikdir. Belə ki, Kompyulenta nəşri iPad-in çatışmamazlıqlarını və müsbət tərəflərini bir araya gətirmək istəyib.

Yeni qurğunun çatışmamazlıqlarından danışarkən aşağıdakı məqamlara toxunmaq lazımdır:

- Çoxfunksionallığın olmaması mənfi haldır. Eyni zamanda bir neçə pəncərəni açmaq imkanının yoxluğu nəticəsində istənilən bu cür qurğu öz gözəlliyinin böyük hissəsini itirmiş olur;
- Videokameranın yoxluğunu isə iPad-in digər portativ qurğularla, o cümlədən netbuklarla rəqabət aparması istiqamətində təəssüf ediləcək bir səhv kimi qiymətləndirmək olar;
- Adobe Flash texnologiyasının yoxluğu. Apple nümayəndələrinin fikrincə Adobe Flash texnologiyası həddən artıq çox resurs və batareya enerjisi sərf edir. Buna baxmayaraq bu gün demək olar ki, əksər veb-resurslarda sözügedən texnologiyaya rast gəlmək mümkündür;
- GPS imkanları yalnız iPad-in 3G-modellərində təqdim olunub. Buna görə də kartoqrafiya xidmətlərinin bütün üstünlüklərini əldə etmək istəyən istifadəçi əlavə 130 ABŞ dolları ödəmək məcburiyyətində qalacaq;
- Ekranın 1024x768 piksel təsvir ölçüsü bir qədər qəribədir. Bu cür ölçüdə əksər videofilmlərin tamaşası zamanı ekranın yuxarı və aşağı hissələrində qara sahələr qalır. Bu səpkidə qeyd etmək olar ki, hazırda portativ qurğular sahəsi 16:9 – geniş ekran nisbətinə keçməkdədir, buna görə də iPad hələ keçmişdə qalan 4:3 standartında yaşayır;
- Video-təsvir imkanlarında məhdudiyyət. Apple-in planşet kompüterinin 720p formatında HD-video təsvir etmək imkanına baxmayaraq, monitor və ya proyektora video çıxarışında 576p və ya 480p ölçüləri çərçivəsində məhdudiyyətlər qoyulur. Mini-HDMI çıxışı isə ümumiyyətlə yoxdur;
- Aktiv istifadə zamanı iPad-in avtonom iş rejimi 10 saat təşkil edir. Amazon Kindle DX kimi riderlər (elektron kitabların oxunması üçün nəzərdə tutulmuş qurğular) isə bir-iki həftə ərzində işləyə bilir;
- Kommunikatorlardan fərqli yeni planşet əlyazmanı tanımaq imkanı ilə təchiz olunmayıb;

Və nəhayət qeyd edək ki, iPad netbuk və smartfon arasında olan bir qurğudur. Belə vəziyyətdə Apple-in təqdim etdiyi qurğuda, həm netbuk, həm smartfonları tam əvəz edəcək bəzi funksiyalar çatışmır.

Bütün bunlarla yanaşı Apple-in təqdim etdiyi yeni portativ qurğunun çoxlu sayda üstünlükləri də var ki, onları sadalamaq vacibdir:

- Toxunulası vacib olan ən başlıca məqam iPad-in qiymətidir. Belə ki, qurğunun qiymətinin 499 ABŞ dollarından başlaması bəzi ekspertlərin proqnozlaşdırdığı rəqəmləri hətta iki dəfə geridə qoya bilib. Müqayisə üçün: Amazon Kindle DX rideri 490 dollara satılır. Amma bununla yanaşı DX adi bir riderdir, onun nə rəngli ekranı nədə ki, multisensor idarəolunma imkanı var, ümumiyyətlə funksiyalarda böyük məhdudiyyətlərə rast gəlinir;
- iPad-in 3G modellərinin operatorlardan asılılığının olması ictimaiyyət tərəfindən böyük alqışla qarşılanıb;
- Xaric klaviaturalarla işləmək imkanı, o cümlədən Bluetooth və istənilən digər əlavə klaviaturalar;
- iWork ofis əlavələri paketli. Çoxları belə güman edir ki, Apple ofis əlavələri paketini hazırlamaqla öz planşetinə biznes-istifadəçilərini və akademik sahəni, o cümlədən tələbələri cəlb etmək istəyir;
- ePub açıq elektron kitab formatının dəstəklənməsi iPad üçün rəqəmli kontent həcminin iri addımlarla irəliləyəcəyindən xəbər verir. Nəşriyyatlar isə kitabların bu sahənin əksər iştirakçıları tərəfindən qəbul edilmiş və onu dəstəkləyən istənilən qurğuda tətbiq oluna bilən məhz bu formatda rəqəmləşdirilməsində maraqlıdır;
- Wi-Fi 802.11a/b/g/n modulu həm klassik şəbəkələrdə, həm də ki, sürətli simsiz kanallarda məlumat ötürmək imkanı verir;
- iPhone 3.2. əməliyyat sisteminin yenilənmiş interfeysi təkmilləşdirilmiş jestlərin tanınması, eləcə də mətnlərin yığılması texnologiyalarını, proqramlar içərisində açılan pəncərələri, pəncərələrin bölünməsini və xarici görünüş parametrlərinin istənilən vəziyyətdə qurulması imkanlarını dəstəkləyir;
- Stolüstü kompüterlərlə sinxronlaşdırma zamanı açılan və fayl, sənəd, eləcə də şəkil mübadiləsinə imkan verən ümumi qovluqların dəstəklənməsi;
- Təqdimat mərasimi zamanı nümayiş etdirilən və gələcəkdə də sayı artırılacaq oyun əlavələri iPad-in digər müsbət tərəflərinin üstünə gəldi;
- Və nəhayət App Store-də iPad üçün nəzərdə tutulmuş 140 min əlavə.

Həmçinin qeyd etmək lazımdır ki, iPad-n ABŞ bazarına çıxmasına hələ iki ay vaxt qalmasını nəzərə alsaq, Apple-in yeni planşet kompüteri daha təkmilləşdirilə bilər.

Другие новости на эту тему:

    (Сюда информер)
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.
Şərhlər: 0
Şərhi Yalniz Qeydiyyatdan Keçmiş İstifadəçilər Elave Edə Bilər.
[ Qeydiyyat | Sayta Giris ]