19
yaşlı Alisa Kinqslinin həyatı gözlənilmədən dəyişir. Onun şərəfinə
təşkil olunmuş viktorian gecəsində lord və ledi Eskotların sarsaq öğlu
Hemiş Alisaya evlənmə təklifi edir. Bu təklifi cavablandırmadan
qızcığaz gecəni tərk edərək çəmənlikdə rast gəldiyi dovşanların
arxasına düşür. Bunu adi dovşan adlandırmaq olardı. Ancaq… Bu dovşan
komzol geyinmiş və hər zaman cib saatlarına baxır.
Janr: fentezi, macəra, ailəvi Ölkə: ABŞ İl: 2010 Rejissor: Tim Börton Ssenari:Linda Vulverton, Lyuiss Kerroll Rollarda:
Mia Vasikovska, Conni Depp, Helena Bonem Karter, Krispin Qlover, Enn
Heteuey, Stiven Fray, Kristofer Li, Maykl Şin, Alan Rikman, Mett Lukas
və başqaları. Dünya premyerası: 3 mart 2010
19 yaşlı
Alisa Kinqslinin həyatı gözlənilmədən dəyişir. Onun şərəfinə
təşkil olunmuş viktorian gecəsində lord və ledi Eskotların sarsaq
öğlu Hemiş Alisaya evlənmə təklifi edir. Bu təklifi
cavablandırmadan qızcığaz gecəni tərk edərək çəmənlikdə rast
gəldiyi dovşanların arxasına düşür. Bunu adi dovşan
adlandırmaq olardı. Ancaq… Bu dovşan komzol geyinmiş və hər
zaman cib saatlarına baxır.
Alisa Bəyaz Dovşanı bütün
çəmənlik boyu addimbaaddim izləyir və onun dovşan yuvasında qeyb
olduğunu görür. Sonra gözlənilmədən Alisa özü
bu yuvaya düşür, əcaib, sehrli tunnelə başı aşağı
düşərək bir çox qapiları olan dairəvi bir zala enir.
"MƏNİ İÇ” yazılı şüşədən içərək o,
ölçülərdə kiçilir, "MƏNİ YE” yazılı
şirniyyatdan yeyərək - böyüyür. Nəhayət bir çox
cadulardan keçərək Alisa qapıların birindən gozəl və fantastik
bir aləmə düşür. Buranın sakinləri ölkələrini Yeraltl
ölkə adlandırır.
Orada onu bir sıra maraqlı personajlarla
görüş gözləyir: lovğa Sonya, çılğın
Şlyapaçı, istehzaçı Çeşir pişiyi, qəlyandan xumar
olmuş tırtıl Abessalom, qorxunc Bəyaz Kraliça və onun kinli
bacısı - Yeraltı ölkənin deyingən və qıcıqli hökmdarı olan
Qirmizıtoxmaqlar Kraliçası...