
Ötzi adlı mumiyanın ölümü hələ də bir sirr olaraq qalır...
1991-ci ildə Avstriya- İtaliya sərhədindəki Ötzlar Alplarında kəşf edildiyi üçün bu mumiyaya "Ötzi" adı verildi.
Onun
ən maraqlı yanı, təbiətin əlləriylə mumiyalanmış və günümüzə qədər
gəlmiş olmasıdır. Amma "Buz Adam" ləqəbli bu mumiyanın sirri bununla
bitmir.
Ötzi adlı mumiya, həm bütün insanlardan fərqli üstün
fiziki xüsusiyyətləriylə həm də onu araşdırmağa qalxanları qucaqlayan
lənətiylə bir çox sirri içində saxlayır.
"BUZ ADAM"IN ÖLÜMÜ HƏLƏ DƏ BİR "SİRRDİR"
"Buz Adam", Ötzinin ölümündən indiyə qədər bir çox fərziyyə ortaya atıldı. İlk olaraq ölüm səbəbinin qar fırtınası ola biləcəyi deyildi.
Sonralar
isə Romadan əvvəlki çağlarda ölən; cəsədi təbii şərtlərlə mumiyalanan
və cinayətə qurban getdiyi düşünülən Tollund və Lindow mumiyalarının
tapılmasıyla, cinayət şübhəsi də doğuldu.
Ötzinin bədənində
edilən axtarışda ox izinə rast gəlinmiş; Ötzinin əllərində,
biləklərində və gövdəsində də yara və zədələr görülmüşdür.
Bu
dəlillərdən sonra bir Agatha Christie romanı yazarı kimi çalışan
Avstraliyalı molekulyar bioloq Tomas Loy, Ötzi və bir və ya iki
yoldaşının ovçuluq edərkən, rəqib bir qrupla qarşıdurmaya girdikləri
fikirini meydana gətirmişdir.
Ötzinin bu qarşıdurma əsnasında bir müddət bir yoldaşını daşımış olması və ya bir yoldaşı tərəfindən daşınmış olması mümkündür.
Qan
itkisindən zəif düşən Ötzi, görülə bildiyi qədəriylə, silahlarını və
digər təchizatını düz bir şəkildə bir qayanın yanına sıralamış və
ardından da son nəfəsini vermişdir.
Kimiləri isə Ötzinin bədənindəki
yara izlərindən, onun dini bir ritüel əsnasında tanrılara qurban
edilmiş ola biləcəyi istiqamətində fərziyyələr ortaya atdı.
ÖTZİ MUMİYASININ MARAQLI TƏRƏFLƏRİ
Ötzi
üzərində tibbin, arxeologiyanın, antropologiyanın və digər əlaqədar
intizamların ən irəli məlumat səviyyələrini ehtiva edən çox vasvası bir
iş görülmüş, mumiya əhatəli bir şəkildə ölçülmüş, rentgen şüalarından
keçirilmiş və tarixləndirilmişdir.
Toxumaları və həzm sistemi içindəki tapıntılar, və daşıdığı alətlərdəki polenlər və digər qalıqlar, mikroskopla araşdırılmışdır
Ötzinin ölümü əsnasında 30-45 yaş arasında olduğu, təxminən 1.60 boyunda olduğu aydın olmuşdur.
BƏDƏNİNDƏ 57 TATU VAR
Ötzinin bədəninin müxtəlif yerlərində cəmi 57 tatu var.
ÜSTÜNDƏ DÖRD ADAMIN QANI TAPILDI
DNT analizi Ötzinin silahları və əşyaları üzərində 4 fərqli qan izləri tapıldı
Qan izlərinin ilki bıçağında, ikincisi eyni oxun üstündə, sonuncusu isə paltarında tapılmışdır.
ÖTZİ LƏNƏTİ
Ötzinin kəşfi və üzərindəki araşdırmalar ilə bu və ya bu şəkildə əlaqəli 7 adam aradan keçən 14 il içində ölmüşdür.
Kimiləri bu ölümləri bir lənətə bağlarkən, kimiləri də təsadüf olaraq şərh etməkdədir.
Ötzi üzərində yaxın işlər icra etmiş bəzi araşdırmaçı və elm adamının da ölməmiş olduğunu burada ifadə etmək lazımdır.
Geri
Şərhlər: (0)
Baxılıb: 795
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.