Qrup: Qonaq
Sizin Brauzer:, versiya
Bugun: 16.12.2017 il
Rəqib Olmayanda Qalib Gəlmək Çətin Deyil!
Карта сайта Adminlə Əlaqə Ana Sehife

Qeydiyyat

Chat

Reklam

Sorgu

Saytın Yeni Dizaynını Bəyənirsiz?


Reklam

Reklam

Hava Haqqinda

Reklam

Reklam

Sayğac

Hal-hazirda saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Ana Sehife » 2010 » Avqust » 14 » 5.300 illik mumiyanın lənəti
MuəllifMuəllif: ADMIN | TarixTarix: 16.12.2017 |Голосов: 0
5.300 illik mumiyanın lənəti

Ötzi adlı mumiyanın ölümü hələ də bir sirr olaraq qalır...

1991
-ci ildə Avstriya- İtaliya sərhədindəki Ötzlar Alplarında kəşf edildiyi üçün bu mumiyaya "Ötzi" adı verildi.

Onun ən maraqlı yanı, təbiətin əlləriylə mumiyalanmış və günümüzə qədər gəlmiş olmasıdır. Amma "Buz Adam" ləqəbli bu mumiyanın sirri bununla bitmir.

Ötzi adlı mumiya, həm bütün insanlardan fərqli üstün fiziki xüsusiyyətləriylə həm də onu araşdırmağa qalxanları qucaqlayan lənətiylə bir çox sirri içində saxlayır.


"BUZ ADAM"IN ÖLÜMÜ HƏLƏ DƏ BİR "SİRRDİR"

"Buz Adam", Ötzinin ölümündən indiyə qədər bir çox fərziyyə ortaya atıldı. İlk olaraq ölüm səbəbinin qar fırtınası ola biləcəyi deyildi.

Sonralar isə Romadan əvvəlki çağlarda ölən; cəsədi təbii şərtlərlə mumiyalanan və cinayətə qurban getdiyi düşünülən Tollund və Lindow mumiyalarının tapılmasıyla, cinayət şübhəsi də doğuldu.

Ötzinin bədənində edilən axtarışda ox izinə rast gəlinmiş; Ötzinin əllərində, biləklərində və gövdəsində də yara və zədələr görülmüşdür.

Bu dəlillərdən sonra bir Agatha Christie romanı yazarı kimi çalışan Avstraliyalı molekulyar bioloq Tomas Loy, Ötzi və bir və ya iki yoldaşının ovçuluq edərkən, rəqib bir qrupla qarşıdurmaya girdikləri fikirini meydana gətirmişdir.

Ötzinin bu qarşıdurma əsnasında bir müddət bir yoldaşını daşımış olması və ya bir yoldaşı tərəfindən daşınmış olması mümkündür.

Qan itkisindən zəif düşən Ötzi, görülə bildiyi qədəriylə, silahlarını və digər təchizatını düz bir şəkildə bir qayanın yanına sıralamış və ardından da son nəfəsini vermişdir.
Kimiləri isə Ötzinin bədənindəki yara izlərindən, onun dini bir ritüel əsnasında tanrılara qurban edilmiş ola biləcəyi istiqamətində fərziyyələr ortaya atdı.



ÖTZİ MUMİYASININ MARAQLI TƏRƏFLƏRİ

Ötzi üzərində tibbin, arxeologiyanın, antropologiyanın və digər əlaqədar intizamların ən irəli məlumat səviyyələrini ehtiva edən çox vasvası bir iş görülmüş, mumiya əhatəli bir şəkildə ölçülmüş, rentgen şüalarından keçirilmiş və tarixləndirilmişdir.

Toxumaları və həzm sistemi içindəki tapıntılar, və daşıdığı alətlərdəki polenlər və digər qalıqlar, mikroskopla araşdırılmışdır
Ötzinin ölümü əsnasında 30-45 yaş arasında olduğu, təxminən 1.60 boyunda olduğu aydın olmuşdur.


BƏDƏNİNDƏ 57 TATU VAR

Ötzinin bədəninin müxtəlif yerlərində cəmi 57 tatu var.

ÜSTÜNDƏ DÖRD ADAMIN QANI TAPILDI

DNT analizi Ötzinin silahları və əşyaları üzərində 4 fərqli qan izləri tapıldı

Qan izlərinin ilki bıçağında, ikincisi eyni oxun üstündə, sonuncusu isə paltarında tapılmışdır.

ÖTZİ LƏNƏTİ

Ötzinin kəşfi və üzərindəki araşdırmalar ilə bu və ya bu şəkildə əlaqəli 7 adam aradan keçən 14 il içində ölmüşdür.

Kimiləri bu ölümləri bir lənətə bağlarkən, kimiləri də təsadüf olaraq şərh etməkdədir.

Ötzi üzərində yaxın işlər icra etmiş bəzi araşdırmaçı və elm adamının da ölməmiş olduğunu burada ifadə etmək lazımdır.

Другие новости на эту тему:

    (Сюда информер)
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.
Şərhlər: 0
Şərhi Yalniz Qeydiyyatdan Keçmiş İstifadəçilər Elave Edə Bilər.
[ Qeydiyyat | Sayta Giris ]