Qrup: Qonaq
Sizin Brauzer:, versiya
Bugun: 18.04.2024 il
Rəqib Olmayanda Qalib Gəlmək Çətin Deyil!
Карта сайта Adminlə Əlaqə Ana Sehife

Qeydiyyat

Chat

Reklam

Sorgu

Saytın Yeni Dizaynını Bəyənirsiz?


Reklam

Reklam

Hava Haqqinda

Reklam

Reklam

Sayğac

Hal-hazirda saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Ana Sehife » 2010 » Oktyabr » 16 » Türk Mətbuatının yazdıqları..
MuəllifMuəllif: ADMIN | TarixTarix: 18.04.2024 |Голосов: 0
Türk Mətbuatının yazdıqları..

Türk Mətbuatının Azərbaycan-Türkiyə oyunu barəsində yazdıqları..

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində 12 oktyabrda millimizə minimal hesabla məğlub olan Türkiyə yığması qardaş ölkə mətbuatında ciddi tənqid atəşinə tuş gəlib.

"Akşam" qəzeti: "Qardaşın vəziyyəti yaxşı, digər qardaş isə pərişandır"
Tribunalardan gələn dəstəyə baxmayaraq Azərbaycana boyun əydik. İndi möcüzələrə ümid edirik".

"Fanatik" qəzeti: "100-cü qalibiyyət başqa bahara!"
Dünya reytinqində onlardan nə qədər yuxarıda olsaq da, kağız üzərində nə qədər zəif hesab etsək də, onlar bir daha çox çalışanın, daha çox istəyənin və stadionda oyun göstərənin qazandığını sübut etdilər".

"Sabah" qəzeti: "20-də 1-ə məğlub olduq"
Stadionda olan 14 futbolçusunun dəyəri 89,2 milyon avro olan komandamız, oynayan oyunçularının cəmi dəyəri 4,8 milyon avro olan Azərbaycana boyun əydi!

"Cumhuriyət" qəzeti: "Kabus Bakıda da davam etdi"
Komandanın kapitanı Əmrə Belözoğlu oyun sonunda verdiyi müsahibəsində karyerasına son verə biləcəyini söyləyib. Oyundan sonra məğlubiyyətin təsiriylə 'səhv şeylər söyləmək istəmirəm' deyən Belözoğlu, "2012 Avropa Çempionatı seçmə mərhələsinin oyunlarından sonra karyeramı bitirə bilərəm" deyib.

"Fotomaç" qəzeti: "Bu serialın ömrü bitdi"
Azərbaycan qarşısında bütün zamanların ən pis Türk Milli Komandasnıı utanaraq, ağlayaraq izlədik! 14 Oktyabr 1987-də İngiltərəyə 8-0 məğlub olarkən belə, bu qədər ruhsuz oynamadıq! Artıq qrupda ikincilik də təhlükədə! Dünya reytinqində 102-ci sırada qərarlaşan Azərbaycan, 2002-də Dünya Üçüncüsü olan Türkiyəyə futbol dərsi keçdi.

"Günəş" qəzeti: "Qardaşlıq futboldan da üstündür!"
Qarşılaşmanın oynanacağı stadiona gələn bütün yollarda tıxaclar var idi, qapılarında da uzun növbələr yaranmışdı. Millilərə dəstək verən azəri tərəfdarların ''Ayrılarmı könül candan Türkiyə-Azərbaycan'' və 'Qardaşlıq futboldan üstündür'' pankartları diqqəti çəkdi".

"Hürriyət" qəzeti: "Bakıda Hüsran"
Elə bir 4 gün yaşadıq ki... Fəlakətmi, fəlakət..

"Miliyət" qəzeti: "Millilər Azərbaycan qarşısında tarix yazdı! 0-1"
Ay-ulduzlular Almaniya məğlubiyyəti sonrası, futbolun iməkləyən ölkəsi qarşısında qalibiyyət üçün çıxdı. Ancaq göründüyü kimi, ilk yarıda Sadiqovun qoluyla sarsıldı, ikinci 45 dəqiqədə oyunumuz yenə alınmadı, 2010 pərdəsi dramatik hesabla bağlandı.

"Radikal" qəzeti: "Bir "qardaş" qardaşa vurur!"
Türkiyə, Almaniyadan sonra Azərbaycandan da əliboş qayıtdı. "Qardaşlıq Futboldan Üstündür" pankartları diqqət çəkərkən Milli Komanda tarixində ilk dəfə Azərbaycana boyun əydi.

"YeniAsya" qəzeti: "Milli komanda bizi yenə məyus etdi"
Avropa Çempionatı 2012-in seçmə mərhələsində Azərbaycanın qonaq etdiyi Türkiyəni ilk yarıda Rəşad Sadıqovun vurduğu qolla 1 - 0 məğlub etdi.

"Türkiyə qəzeti": "Azərbaycana ilk dəfə məğlub olduq"
2012 Avropa Futbol Çempionatı seçmələri (A) Qrupu 4-cü matçında Azərbaycana 1-0 məğlub olan (A) Milli Futbol Komandası tarixində ilk dəfə Azərbaycana məğlub oldu.

"Star" qəzeti: "Qardaş silləsi yedik"
A Milli Komandamız ruh yüksəkliyi qazanmaq üçün çıxdığı oyunda yaramıza duz basdı! Sadıqov qapımıza yol tapdı. Yığmanın AÇ 2012-in seçmə mərhələsində qrup ikincisi olmağı təhlükəyə atıldı.

"Zaman" qəzeti: "Bakıda qaranlığa büründük"
Avro 2012 seçmələri 4-cü oyununda Azərbaycana qonaq olan A Milli Komandamız, Sadıqovun qoluyla yıxıldı. 3-0-lıq Almaniya məğlubiyyətindən sonra, dünya 102-cisinə tarixində ilk dəfə yenilən dünya 21-cisi Ay-ulduzlular böyük üstünlüyü əldən verdi.

"YeniÇağ" qəzeti: "Türkiyə Hiddinqlə Bakıda tarix yazdı"
Yeganə təsəllimiz azərilərin sevinci oldu.

Другие новости на эту тему:

    (Сюда информер)
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.
Şərhlər: 0
Şərhi Yalniz Qeydiyyatdan Keçmiş İstifadəçilər Elave Edə Bilər.
[ Qeydiyyat | Sayta Giris ]