Qrup: Qonaq
Sizin Brauzer:, versiya
Bugun: 18.04.2024 il
Rəqib Olmayanda Qalib Gəlmək Çətin Deyil!
Карта сайта Adminlə Əlaqə Ana Sehife

Qeydiyyat

Chat

Reklam

Sorgu

Saytın Yeni Dizaynını Bəyənirsiz?


Reklam

Reklam

Hava Haqqinda

Reklam

Reklam

Sayğac

Hal-hazirda saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Ana Sehife » 2010 » Avqust » 14 » Ramazanda Necə Qidalanmali?
MuəllifMuəllif: ADMIN | TarixTarix: 18.04.2024 |Голосов: 0
Ramazanda Necə Qidalanmali?

Ramazanda qidalanmaq qaydaları ...

Ardını mütləq oxuyun ... !!!

Ramazanda Necə Qidalanmali?


Belə isti havalarda dəri səthindən suyun buxarlanması həddən artıq yüksək olduğundan oruc tutan adamlar günün ən isti vaxtları bayırda olmasınlar: "Kondisionerli, sərin yerdə olsunlar ki, çox tərləyib su itkisinə yol verməsinlər. Həddən artıq tərləyib su itkisinə yol vermək qanın qatılaşmasına, orqanlarda qan təchizatının pisləşməsinə gətirib çıxarır. Bu da orqanizmdə sistemlərin fəaliyyətini xeyli çətinləşdirir".

Orucu açan zaman müəyyən miqdarda maye qəbulu mütləq olmalıdır: "Çünki mədə şirəsi ifraz olunur, suyun özü mədə divarı boyu yayılır. Bu baxımdan ilk olaraq su qəbulu lazımdır. Xurmayla orucu açmaq isə o dövrdən qalma ənənədir. Məcburi deyil".

Orucu açandan sonra ilk olaraq, duru xörək yeyilməlidir. Bura müxtəlif növ şorbaları daxil etmək olar. Amma çalışmaq lazımdır ki, duzu, istiotu, ədviyyatı az olsun, tərkibində mexaniki qıcıqlandırıcılar olmasın: "Nəinki şorbalarda, digər yeməklərdə də mədə yüklənməsin deyə, bunlardan az istifadə olunmalıdır. Adətən orucu açandan sonra insanlar daha çox yeməyə başlayırlar. Bu, düzgün deyil. Gərək göz süfrədə qalsın. Tam da doymasınlar. Qida qəbulu isə �porsiya�larla olmalıdır, hissə-hissə yeyilməlidir. Birdən birə mədəni böyük miqdarda qidayla yükləmək lazım deyil. Sonradan bu, mədədə qastrit əmələ gətirir, başqa problemlər yaradır. Bədəni birdən birə ekstremal duruma salır. Ona görə də buna diqqət yetirmək lazımdır".

Havalar isti keçdiyindən orucu açandan sonra müxtəlif növ mayenin və maye daşıyıcı tərəvəzlərin, meyvələrin qəbuluna daha çox üstünlük verilməlidir:"Ümumiyyətlə, isti havalarda insanların iştahası aşağı düşür. Yeməyə o qədər də meylli olmurlar. Əsasən, su qəbulundan söhbət gedir. Onu da müəyyən qədər tənzimləmək olar. Səhər oruc başlayana qədər xeyli maye qəbul etmək lazımdır. Oruc başlayandan sonra isə çalışmaq lazımdır ki, gün çıxandan gün batana qədər sərin yerdə olsunlar. Bununla dəridən və tənəffüs yollarından suyun həddən çox buxarlanmasının qarşısını almaq olar. Orqanizmin su resursu tükənməz. Onu da qeyd edim ki, meyvə-tərəvəzin, mayenin qəbulu qəbizliyə meylli olmayan adamlarda qəbizlik yaratmır. Qəbizliyə meylli adamlar isə yaxşı olar ki, qara gavalıdan istifadə etsinlər".

Orucluq 33 ildən bir yay aylarına təsadüf edir. Bunun özü də Allahın bir imtahanıdır: "Bu o demək deyil ki, ən asan vaxtlarda orucumuzu tutacağıq, ən çətin vaxtlarda isə bəhanəylə bunu etməyəcəyik. Yenə də ən doğrusu Ramazan orucunu tutmaqdır. Çalışmaq lazımdır ki, gündəlik su tələbatını maksimum dərəcədə təmin edək. Yeməyə daha az üstünlük verək. Əgər hansısa susuzluq əlaməti yaransa, bunun da öhdəsindən gəlmək olar. Müsəlman gündə 5 dəfə namaz qılır. Hər dəfə namazdan öncə üzünü yuyur, ağıza su getməyəcək, boğazdan keçməyəcək qədər də olsa, ağzına su alıb yaxalayır, burnuna çəkir, əlini-qolunu yuyur. Bu zaman yarana biləcək mənfi enerji avtomatik olaraq aradan qalxır. Amma yenə də elə bir şey yaransa, əl-üzlərini, ayaqlarını yusunlar. Bu, müəyyən qədər sərinlədə bilər. Oruc tutmaq istəyənlər gərək belə hallara fikir verməsinlər. Allahın köməyi ilə oruclarını başa vursunlar. Tanrı hər kəsin orucunu qəbul etsin".

Другие новости на эту тему:

    (Сюда информер)
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.
Şərhlər: 0
Şərhi Yalniz Qeydiyyatdan Keçmiş İstifadəçilər Elave Edə Bilər.
[ Qeydiyyat | Sayta Giris ]