Qrup: Qonaq
Sizin Brauzer:, versiya
Bugun: 19.04.2024 il
Rəqib Olmayanda Qalib Gəlmək Çətin Deyil!
Карта сайта Adminlə Əlaqə Ana Sehife

Qeydiyyat

Chat

Reklam

Sorgu

Saytın Yeni Dizaynını Bəyənirsiz?


Reklam

Reklam

Hava Haqqinda

Reklam

Reklam

Sayğac

Hal-hazirda saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Ana Sehife » 2010 » İyul » 16 » Qız Bişirmə Akademiyası
MuəllifMuəllif: ADMIN | TarixTarix: 19.04.2024 |Голосов: 0
Qız Bişirmə Akademiyası

Qız Bişirmə Akademiyası


Azərbaycan gənclərində xəstəlik var - qız tutmaq..Çarəsini heç kim bilmir.

Qızla tanış olmaq istəyən,qıza söz atan,qız tutmaq istəyən oğlanların sayı-hesabı yoxdur.Ən əsas rolusa mağaralar oynayır, metrolar bir növ mağaraların müasir formasıdır.

Kim qız tuta bilmirsə, o, "nə gündəsən ala? Sən necə olacaqsan?" kimi ifadələrlə vurulur
Hər gün qəribə bir şey eşidərək təəccübləndiyimiz dünyada hər şey olur. Artıq gündə yeni bir hal ortaya çıxır...və artıq təccüblənmirik buna əvvəlki kimi ...Bəli müasir dövrdə Qız bişirmə məktəbləri, akademiyaları yaranmağa başlayır el dili ilə desək..Hətta " Charisma Arts" adlı şirkətin ABŞ-da, Avstraliyada, Kanadada və İngiltərədə yaratdığı məktəblərdə qadınlara da kişiləri yoldan çıxartmağın qaydaları öyrədilir. Ama təbii ki kişi tələbələr üstünlük təşkil edilir. Məktəbə 3 günlük "ağır" kurs üçün 600 dollar ödəyən insanlar bu sənətin incəliklərinə yiyələnirlər. Kurs əsasən həftə sonları barlarda və restoranlarda əyanı şəkildə keçirilir. Kursda dərs deyən müəllimlərin sözlərinə görə onlar burda danışıq qaydalarını, toxunaraq flört etmənin yollarını, qarşı tərəfdə romantik imic yaratma vasitələri kimi bir çox müxtəlif məsələlərə toxunurlar...

Bu kimi hallar demək olarki Azərbaycanda da yaşanmaqdadı...

Qız tutmaq, qız bişirmək və bu kimi hallar artıq dəb halını alıb..

Nə qədər anlaşılmaz çıxsa da buralarda qızı tuturlar. Kim qız tuta bilmirsə, o, "nə gündəsən ala? Sən necə olacaqsan?" kimi ifadələrlə vurulur. Qız tutmaq üçün xüsusi, qoruqlar, yasaqlıqlar, mağaralar, və s. kimi yerlər mövcuddur. Qoruqlara �milli park� misal göstərmək olar. Ceyranlar, cüyürlər, dovşanlar, aslanlar, canavarlar, tülkülər oylağı olan bu milli park ANS-in incə maraqlar verilişinin aparıcısı Rövşanə Bektaşi demişkən gənclərin öz həyatlarının nicatını tapmasında xüsusi rol oynayır. Yasaqlıqlar sırasına harda polis varsa oranı əlavə etmək olar.

Ən əsas rolusa mağaralar oynayır, metrolar bir növ mağaraların müasir formasıdır.

Ceyranlar sırasına bir neçə dəfə tutulmuşları və bişmişləri, cüyürlər və dovşanlar sırasınasa tutulmaq və ya bişmək xüyasına düşüb, yaylıma çıxanları misal göstərmək olar. Burda yaylım adətən gündüzlər baş tutur. Aslanlar və canavarlar siyahısına əsasən bığı, saqqalı olan gedələri əlavə etmək olar. Tülkülərsə özünü müasir göstərərək eynək taxmış, qulaqda qulaqcığı olan, güya xarici musiqilərə qulaq asır ( qızlar belə oğlanlarla fəxr edib qürur duyurlar ) kimi özünü göstərən gedəçələri misal göstərmək olar. Aslanlarla canavarlar adətən parkda " yenə türmə, yenə qazamat, ay brat, ay brat, yaxşısı azadə həyat, ay brat, ay brat" mahnısının sədaları altında qazamatdan qorxmadıqlarını göstərir, necə cəsur olduğlarını musiqiylə qızlara sübut etməyə çalışırlar. Tülkülərsə daha çox "gedək sənə gül dərim, səni gülə döndərim" kimi mahnılarla qızları aldatmaq ( ay yaramazlar ) istəyirlər, bir növ onları şirin dillə ovsunlayırlar.



Ən maraqlı məqamlardan biri isə bu yerlərdə ceyranların, cüyürlərin, dovşanlrın ən aşağı sürətlə ( el arasında birinci sıkoristlə) və ən əsası ara məsafəsini gözləməklə, yol hərəkət qanunlarına riayət etməsidir. Aslananlar, canavarlar və tülkülərsə istənilən an hücum çəkib öz şikarına yaxınlaşa bilir. Eramızdan əvvəllər belə təbii təbiət hadisələri dağlar qoynunda ( dağlar qoynunda musiqisini ağızla( telefonla deyil) bərkdən səsləndirməklə) qaçış marafonunun başlaması kimi özünü göstərirdisə, müasir dövrdə məntiqlə eyni şey olsa da, bir qədər təkmilləşib ( inkişaf var).


Müraciət formaları da dəyişib, eramızdan əvvəldən tutmuş 2000 � ci ilə kimi az, sudan gələn sürməli qız, dağlar gözəli kimi müraciətlərə rast gəlinirdisə, indi bunu xanım, canım, kimi sözlər əvəzləyib ( quzu kimi bəzi sözlər öz varlığını saxlayıb), amma yenə eyni şeydi, alətlər dəyişsə də məqsəd eynidir, yəni qız tutmaq. Keçmişdə başqa eldə, dağda, daşda, qayada, meşədə qız tutmaq olmurdu, çünki oraların öz meşəbəyləri vardı. Bu gün bu özünü müasir şəkildə göstərir, məhlədə qız tutmaq hər adamın əlindən gəlmir, gənclər arasında belə deyim də var: "duxun var məhlədə qıza yaxınlaş". Keçmişdə qızı ticarət yollarında xına alarkən tuturdularsa, bu gün metronun çıxışındakı keçidlərdə parfumeriya məhsulları alarkən tuturlar, məqsəd eyni şeydir. Təkamül bu gün də gedir. Bakcell keçən il sms randevu adlanan anonim tanışlıq xidməti açdı. Bunu yaxşıca reklam etdilər, metroya girənə də çıxana da verirdilər. Azərcell də analoji addım atdı, məqsəd gənclərin qız tutma əməliyyatına yardım əlini əsirgəməməkdir. Digər sahələrdən fərqli olaraq qız tutmaq sahəsi görünməmiş sürətlə inkişaf edir. Bakcell, Azərcellə yanaşı bu qədim adət, ənənənin qorunub yaşanması və gələcək nəsillərə çatdırılması üçün wap saytlar da gərgin iş rejmində ( 24 saat ) işləyir. Bu kimi saytlarda çoxlu məsləhət verən yazılar var, qız seçimi virtual formada həyata keçirilir.


Qız tutmaq elmi əsrlərin bizə yadigarıdır. Əgər sən marşrut sürürsənsə, sənin geniş imkanların var, marşrutda üzeyirin musiqisini səsləndirməklə ürəklərə xal sala bilərsən. Üzeyiri qınamıram, ona halaldır =)) o ürəkləri fəth edir, pul qazanır, ona qulaq asıb feyzyab olan, köks ötürən yüz minlərlə tutan və tutulan var. Üzeyir telefona səsini yazıb amr formatından mp3 formatına keçirməklə qəlblərə yol tapır. Üzeyir bu yaxınlarda "Incə maraqlar" verilişinin qonağı olub, verilişin reytinqi 100%-a yaxınlaşıb, digər kanallar müflisləşmə təhlükəsiylə qarşılaşıb, bunu görən səyyah muğamla yaşlı nəsili bihuş, feyzyab etmək üçün regionlara üz tutub özlərini müflüsləşmə təhlükəsindən qurtardı.

Bəzən adam fikirləşir ki, görəsən bu qız tutanların axırı necə olacaq? Cavab tapmaq sadədir, yəni onlar arvad tutacaqlar. Qız tutanlar feyzyab olurlar, bihuş olurlar, sazın sözün sehrinə düşürlər, qafiyə tuturlar, çırtma vururlar, yuxu yozurlar, Üzeyirə qulaq asıb daha da dərindən sevirlər. Qız tutun, chatları fəth edin, neandertal quş vurub qazan doldurar, baş kəsər.

Bu gün hər qız tutan əlində bir kitab da tutsaydı, bu gündə olmazdıq, internet klublarda söyüş söyənlərin əlindən bilmirsən neynəyəsən, marşrutda laxşək laxşək söhbətləri eşitməzdik, metrodakı bluetooth əməliyyatları da olmazdı. Burda qız tutanlar ən hörmətli, bacarıqlı, nitq qabiliyyəti yüksək olan natiqlər kimi ( Demosfen bunların yanında uşağdı) digər gənclər arasında yüksək hörmətə, izzətə malikdirlər.


Bu gün hər qız tutan əlində bir avtomat tutsaydı, başqa xalqların yanında başı aşağı olmazdıq.




... Fikirləriniz ...

Другие новости на эту тему:

    (Сюда информер)
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.
Şərhlər: 0
Şərhi Yalniz Qeydiyyatdan Keçmiş İstifadəçilər Elave Edə Bilər.
[ Qeydiyyat | Sayta Giris ]