Argentina milli komandasının və İspaniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi Kataloniyanın paytaxtında "Hospital Universitario Vall d Hebron” xəstəxanasının pediatriya şöbəsinin yaxınlığında parkın yaradılması ilə məşğul olacaq.
324 kvadratmetr sahəyə malik istirahət zonası 2 – 12 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Messi obyektin təməlqoyma mərasimində iştirak edib. Mərasimin qonaqları hospitalın 50 kiçik müştərisi olub. 23 yaşlı yarımmüdafiəçi deyib: "Xəstəxanaya baş çəkərkən anladım ki, məşhur futbolçunun iştirakı xəstə uşaqlara kömək edə bilər”.
Xeyriyyəçilik Messinin yeganə əlavə fəaliyyəti deyil. Bir neçə gün öncə Lionel Messi Milanın moda brendi "Dolce&Gabbana” ilə əməkdaşlıq müqaviləsi bağlayıb.