Qrup: Qonaq
Sizin Brauzer:, versiya
Bugun: 25.04.2024 il
Rəqib Olmayanda Qalib Gəlmək Çətin Deyil!
Карта сайта Adminlə Əlaqə Ana Sehife

Qeydiyyat

Chat

Reklam

Sorgu

Saytın Yeni Dizaynını Bəyənirsiz?


Reklam

Reklam

Hava Haqqinda

Reklam

Reklam

Sayğac

Hal-hazirda saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Ana Sehife » 2010 » Oktyabr » 18 » “Klana- A- Plan”: “Rüfətin yoxluğu ilə hələ barışa bilmirik”
MuəllifMuəllif: ADMIN | TarixTarix: 25.04.2024 |Голосов: 0

"Dünyasını dəyişməmişdən bir neçə saat öncə adəti üzrə dostlar yığışmışdıq. Domino oynadıq.

Bir də gecə xəbər aldım ki, Rüfət rəhmətə gedib. Həkim-ekspertlərin verdiyi məlumata görə, ürəyindəki damarların biri normal fəaliyyət göstərmirmiş. Rüfət elə oğlan idi ki, heç vaxt səhhətindən şikayətlənməzdi. Onun haqqında, keçmiş zamanda danışmaq mənə çox çətindir. Binəqədidə, nənəsinin uyduğu ailə qəbiristanlığında dəfn mərasimi keçirilsə də Rüfətin yoxluğu ilə barışa bilmirik”.

Rüfət Əfəndiyevlə eyni qrupla fəaliyyət göstərən dostları Lent.az-a mərhumla bağlı xatirələrindən danışıblar.

Dostlarının sözlərinə görə, Rüfətin yazdığı treklər "Klana-A-Plan"ın repertuarında daha çox yer alacaq: "O, çox istedadlı idi. Həm rep-trekləri, həm müasir pop-musiqiləri bəstələyirdi, həm də çox fərqli aranjemançı idi. Onun yaradıcılığını pərəstişkarlarımız müxtəlif treklərimiz vasitəsi ilə eşidiblər. Amma üzə çıxmayan o qədər musiqiləri var ki, bacardığımız qədər onların hamısını oxumağa çalışacağıq. Qrupumuzda onun yerini heç kim doldurmayacaq. Onsuz da qrup üzvləri arasında söz vermişdik ki, Rüfət kimi əziz dostumuzun vaxtsız vəfatından sonra, birmənalı olaraq, sıralarımıza heç bir reperi qəbul etməyəcəyik".

Üzücü xəbəri eşidib şok keçirən qrup üzvü – "Qurd” ləqəbli Azər isə dəfn mərasimində iştirak etmədiyi üçün ikiqat üzüldüyünü bildirİB: "Hazırda Polşadayam və Bakıya qayıtmaq üçün ancaq iki gün sonraya təyyarə bileti əldə edə bilmişəm. Hələ də inanmağım gəlmir ki, qardaşım kimi mənə yaxın olan Rüfət artıq həyat yoxdur. Qəhər məni boğur, danışa bilmirəm. Allah rəhmət eləsin, qəbri nurla dolsun”.

Qeyd edək ki, oktyabrın 16-da axşam saatlarında səsyazma studiyasına gedən reper birdən-birə özünü pis hiss edib. Bu səbəbdən Bakıda yerləşən xəstəxanalardan birinə şəxsən müraciət edib. Ona xəstəxanada qalaraq müalicə olunmaq təklif edilsə də Rüfət razılaşmayıb. Dostu ilə birgə Milli Parkda gəzməyə üstünlük verən gənc reper daha sonra evə qayıdarkən yolda keçinib.

Allah rəhmət eləsin!




Другие новости на эту тему:

    (Сюда информер)
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.
Şərhlər: 0
Şərhi Yalniz Qeydiyyatdan Keçmiş İstifadəçilər Elave Edə Bilər.
[ Qeydiyyat | Sayta Giris ]