Qrup: Qonaq
Sizin Brauzer:, versiya
Bugun: 24.04.2024 il
Rəqib Olmayanda Qalib Gəlmək Çətin Deyil!
Карта сайта Adminlə Əlaqə Ana Sehife

Qeydiyyat

Chat

Reklam

Sorgu

Saytın Yeni Dizaynını Bəyənirsiz?


Reklam

Reklam

Hava Haqqinda

Reklam

Reklam

Sayğac

Hal-hazirda saytda: 1
Qonaq: 1
Istifadeci: 0

Ana Sehife » 2010 » Oktyabr » 14 » Arda Turanı ağlatdılar...
MuəllifMuəllif: ADMIN | TarixTarix: 24.04.2024 |Голосов: 0

Arda Turanı ağlatdılar...

Türkiyə milli komandasının və "Qalatasaray” klubunun futbolçusu Arda Turan qasıq nahiyəsindən aldığı zədəni həddən artıq sekslə məşğul olması ilə əlaqələndirən tanınmış idman yazarı Erman Toroğluya sərt reaksiya verib.

bigtac.tk-nın məlumatına görə, 23 yaşlı hücumameylli yarımmüdafiəçi "NTV Spor”a açıqlamasında Toroğlunu şərəfsiz adlandırıb.

"Qalatasaray”ın kapitanı danışarkən əsəbindən göz yaşlarına hakim ola bilməyib: "238 matça çıxan Ardaya hörmət qoyulmur. Mənim ailəm yoxdur, onun ailəsi yoxdur. Bunu edənlərin ailəsi yoxdur. Şərəfsizlik baş alıb gedir. Artıq bəzi şeylərə nifrət edirəm. Həddən artıq irəli gedirlər. Çox əsəbiləşirəm. Bunlara meydançada cavab vermək lazımdır, amma şərəfsizliyə, əxlaqsızlığa veriləcək bir cavab yoxdur”.

Klubunun icazə olmadan açıqlama verdiyini deyən Arda buna görə cəzalanacağını istisna etməyib. Lakin o, bəzi məsələlərin ona çox pis təsir etdiyi üçün danışmağa məcbur olduğunu vurğulayıb.

İstedadlı oyunçu Türkiyə millisinin 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarında Almaniyaya 0:3, Azərbaycana isə 0:1 hesablı məğlubiyyətlərinə də toxunub. Arda bildirib ki, həmin görüşlərdə oynasaydı belə, bir şey dəyişməyəcəkdi. Çünki hazırda komanda sıxıntılı dövr keçirir: "İndi qrup ikincisi Avstriya ilə aramızda cəmi 1 xal fərq var. Bu komanda ilə hələ 2 oyun keçirəcəyik. Doğrudur, problemlər var, amma bu futbolçular, məşqçilər çıxış yolu tapa biləcək gücdədirlər. Buna inamımız sonsuzdur. Komanda yoldaşlarımla birgə əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Arda Turan Türkiyə millisinin məşqində qasıq nahiyəsindən zədələnərək, əməliyyat olunub. Onun yaşıl meydanlara dönüşünə 4 ayadək vaxt lazım gələcək.





Другие новости на эту тему:

    (Сюда информер)
Hörmətli Qonaq Siz Saytda Qeydiyyatdan Keçməmisiniz.Xayiş Edirik Qeydiyyatdan Keçəsiz və ya Sayta İstifadəçi Adinizla Girəsiz.
Şərhlər: 0
Şərhi Yalniz Qeydiyyatdan Keçmiş İstifadəçilər Elave Edə Bilər.
[ Qeydiyyat | Sayta Giris ]